Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Gülşən Hüseynova

Torrnton Uaylder yaradıcılığında janr axtarışları ®

19.09.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Gülşən Hüseynova

Gülşən Hüseynova     Dövrün irəli sürdüyü çağdaş problemlərə operativ şəkildə cavab vermək iqtidarında olan janr tipinə məxsus əsərlərin öz ideoloji vəzifələrini əsasən həyata keçirmələri, dünyada baş verən hadisələri daha ləng, lakin qlobal və hərtərəfli şəkildə göstərə bilən əsərlərin ön plana keçməsi ədəbi axtarışların yeni istiqamətinə çevrildi və Tornton Uaylder bu istiqamətin ən görkəmli nümayəndələrindən biridir. Bu da əlamətdardır ki, Tornton Uaylderin ilk baxışdan qeyri-aktual görünən mövzulara həsr olunmuş əsərləri get-gedə aktuallıq kəsb edir. Məşhur amerikan tənqidçisi M.Kauli T.Uaylderin yaradıcılıq metodunu aşağıdakı kimi səciyyələndirirdi: "T.Uaylder ictimai və tarixi problematikadan kənar olan böyük sənətkardır, o, anaxronizm ustasıdır". İlk baxışda M.Kaulinin mülahizəsi doğru görünür. Lakin diqqətlə fikir verdikdə amerikan yazıçısının əsərlərində belə bir qanunauyğunluq nəzərə çarpır: T.Uaylderin povestləri, romanları və hekayələri özünəməxsus şəkildə dövrün ən mühüm, ən aktual, ən vacib tələblərinə cavab verir, zəmanənin qaynar problemlərini işıqlandırmağa xidmət edir. T.Uaylderin romanları konkret tarixi planda XX əsr Amerikasının mənəvi-ruhani həyatında baş vermiş hadisə və tendensiyaların mahiyyətini açıqlayır.
    T.Uaylderin romanlarının janrını müəyyənləşdirməkdən ötrü tədqiqatçılar müxtəlif anlayışlar təklif edirlər. Bəziləri onun əsərlərini "pritça", digərləri "parabola", üçüncüləri isə "fəlsəfi-alleqorik roman" hesab edirlər. Yazıçının özü tarixi əsərlərinin pritçavari xarakter daşıması haqqında dəfələrlə mülahizə söyləmişdir (2, n. 210-211).
     Lakin bir sıra xüsusiyyətləri ilə T.Uaylderin romanları pritçanın klassik nümunələrindən fərqlənir. Görkəmli filoloq-alim S.S.Averintsev pritçanın aşağıdakı keyfiyyətlərə malik olmasını göstərirdi: pritça "1. Xüsusi mövcudluğa malik olmur və yalnız müəyyən konteksdə müəyyən şərtlərlə meydana gəlir; 2. İnkişaf etmiş süjet hərəkətini vacib hesab etmir və sadə müqayisə səviyyəsində təcəssüm oluna bilər. Lakin bu halda pritça öz rəmzi səciyyəsindən məhrum olmur; 3. Məzmun baxımından pritça dərin "dini" və əxlaqi mövzulara meyl edir; 4. Pritça yüksək kateqoriyalardan çıxış edir" (1, s. 20-21).
    Pritçanın bu klassik və "normativ" variantı ilə yanaşı müxtəlif modifikasiyaları folklorda və yazılı ədəbiyyatda işlənir. T.Uaylderin əsərləri əslində inkişaf etmiş süjetə malik pritça-metaforlardır. Sənətkarın əsərlərinin qəhrəmanları pritçada olduğu kimi onları fərqləndirən, onları dünyada yeganə subyekt olmasını təsdiqləyən xarici keyfiyyətlərdən məhrum olunsalar da, mürəkkəb və ziddiyyətli daxili keyfiyyətlərə malikdirlər; onlar təkcə bədii müşahidənin obyektləri kimi deyil, etik seçimin subyektləri kimi təsvir olunurlar.
    T.Uaylderin romanları özlərinə məxsus şəkildə intellektual xarakter daşıyırlar və ekspressivdirlər.
     T.Uaylder əsərlərinə xas olan yüksək intellektuallıq və mifoloji planda dövrün mürəkkəb problemlərini işıqlandırmaq cəhdi 70-ci illərdə yazıçının uzun fasilədən sonra 1973-cü ildə çap etdirdiyi "Teofil Nort" romanı ilə onun yaradıcılığına marağı yenidən canlandırdı (Bu haqda bax: 3, s. 215).
     Qeyd etmək lazımdır ki, 20-ci əsrin 80-cı illərinin ortalarına qədər sovet ədəbiyyatşünaslığında T.Uaylderin yaradıcılığının ədəbi prosess üçün böyük əhəmiyyəti dəfələrlə qeyd olunsa da, onun əsərləri yalnız ümumi şəkildə, ədəbi proseslə bağlı xülasələrdə səthi təhlil olunmuş, yazıçı dünyagörüşünün özünəməxsusluğu, üslubunun xüsusiyyətləri, əsərlərində toxunulmuş sosial problematika açılmamışdır. Yalnız 80-ci illərin ortalarından başlayaraq sənətkarın yaradıcılığı dissertasiya işlərinin mövzusuna çevrilmişdir (34, 25, 26, 60, 18). Tornton Uaylder həm də bir ədəbi novator idi. O, nəsr və dramaturgiyada ümumi qəbul edilmiş qaydalara sığmırdı. Bu "Yonkersli tacir"də (The Merchant of Yonkers, 1938), "Elçi" (Cdfğe – The Matchmaker 1954), "Androslu qadın"da (The Woman of Andros, 1930) və s.aydın görünür. Onun qəhrəmanı adi məişət problemləri məngəsində əzilir, mənən sındırılmış, yazıq və faciəvi bir obraz kimi çıxış edir. Bir yandan satirik gülüşü, digər tərəfdən isə faciəviliyi özündə birləşdirən bu tip qəhrəmanlara Luisin romanlarında və R.Lardilrin novellalarında tez-tez rast gəlmək olur. Bu müəlliflərin əsərlərindəki personajlar gah öz şəxsi məqsədi üçün çalışan mübariz, gah da cəmiyyətin etinasızlığının qurbanı kimi çıxış edir. Ümumiyyətlə bu dövr ədəbiyyatında cəmiyyətdən uzaqlaşma, böyük sənaye şəhərlərinin ziddiyyətləri kimi problematikanın işıqlandırılmasına geniş yer verilirdi. Buna misal kimi Sendberqin «Süstü ıə polad» külliyyatını, U.K.Uitmenin, X.Kreynin yaradıcılığını qeyd etmək olar.
    Sənətlə həyat həqiqətləri arasındakı münasibətlərin dialektikası bütün dövrlərdə sənətin həyat həqiqətlərini nə dərəcədə doğru-düzgün əks etdirməsi baxımından mürəkkəb bir araşdırma mövzusu olub və cəmiyyətin həyatındakı tarixi dönüş məqamlarında araşdırılmağa daha çox ehtiyajı olan məsələdir. Çünki bir çox hallarda bunların arasında hətta uçurum mövjud olmuşdur. Bədii fikrin təkamülü ilə həyatdakı inqilabi dönüşlər arasında müvazinət, tarazlıq həmişə üst-üstə düşməmişdir və bəşər həyatının ən etibarlı mənəvi səlnaməçisi olan sənət həqiqətlərinin dərki, araşdırılması bütün zamanlarda böyük əhəmiyyət kəsb edən məsələ olmuşdur.
     Aydındır ki, söz sənətinin, ədəbiyyatın ayrı-ayrı fraqmentlər üzrə deyil, müəyyən bir bitmiş tarixi dövr səviyyəsində tədqiqi həmişə oxşar nəticələri vermir. Bu, məsələnin təkcə kontekstual mahiyyətinqdən irəli gəlməyib, eyni zamanda epoxanın öz daxilindəki mürəkkəb, bəzən isə ziddiyyətli proseslərin mahiyyəti ilə bağlıdır. Bu artıq tarixi həqiqətdir ki, ilk baxışdan çox sürətlə süqut etmiş Sovet imperiyasının onu məhvə aparan daxili ziddiyətlərinin dinamikasını bütünlükdə götürdükdə məhz ədəbiyyat açıb göstərmişdi. Bədii ədəbiyyatda bu proseslər diissident damğası vurulmuş əsərlərdən tutmuş, «adi» əsərlərə qədər müxtəlif səviyyələrdə öz əksini tapır, bir sözlə «axırın əvvəlini» geniş oxuju auditoriyasıea təqdim edirdi. Həmin dövrdə ümumittifaq miqyasında məhz bu cür əsərlər böyük maraqla oxunur, sürətlə tərjümə edilərək yayılırdı. Təbii ki, bunlar eyni zamanda süqut prosesini sürətləndirirdi.
     Yeri gəlmişkən qeyd etmək lazımdır ki, amerikalı yazıçı ilə təxminən eyni zamanda böyük alman yazıçısı Bertold Brext də silsilə hekayələrində (6, s. 286-299) antik dövrün ən məşhur cahangirinin həyatının və fəaliyyətinin son dövrünə müraciət etmiş, onun senatda qətlə yetirilməsinin siyasi və ideoloji səbəblərini üzə çıxarmağa cəhd göstərmişdir.
    Tarixi hadisələrin XX əsr sosial, ideoloji, siyasi problemləri baxımından işıqlandırılmasında hər iki sənətkar – həm amerikalı yazıçı, həm də XX əsr dünya ədəbiyyatında intellektual bədii janrların ən böyük nümayəndəsi hesab olunan alman ədibi təxminən eyni metodoloji prinsiplərdən istifadə etmişlər.
    Tarixi roman janrında zaman konsepsiyası sənətkar tərəfindən iki şəkildə təcəssüm oluna bilər: birincisi, təsvir olunan keçmiş zamanda baş vermiş hadisələrin xüsusiyyətlərinə, koloritinə, o dövr üçün məqbul sayılan məntiqə maksimum sadiqlik yolu ilə; ikincisi, təsvir olunan keçmiş tarixi zamanın xüsusiyyətlərini, məntiqini bilərəkdən təhrif etmək üsulu idi. Biz tarixi roman janrında mümkün paradiqmaları, "təmiz" variantları nəzərə çarpdırırıq, halbuki, reallıqda heç vaxt təmiz formalara rast gəlmək mümkün olmur. Məsələ burasındadır ki, sənətkar tarixi faktlara, tarixi hadisələrin məntiqinə nə qədər sadiq qalırsa-qalsın öz dövrünün gerçəkliyi, çağdaş problemlər onun əsərində mütləq öz əksini tapır. Və yaxud əksinə, müasir problemlər sənətkarı nə qədər narahat edirsə-etsin, o mütləq tarixin məntiqini nəzərə almalıdır.
    Əlbəttə ki, onu da qeyd etmək lazımdır ki, bu iki bir-birini inkar edən bədii prinsip əsasında müxtəlif keçid xarakterli tarixi roman formaları da mövcud ola bilər və mövcuddur.
    Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, tarixi dövrə müraciət edən sənətkar müəyyən həyat təcrübəsinə, tarixi biliyə malik, yaşadığı dövrün aktual problematikası ilə üz-üzə gələn oxucuya müraciət edir və onun bütün bu cəhətlərini mütləq nəzərə almalıdır. T.Uaylder "Mart idləri" əsərini yazanda İkinci Dünya müharibəsindən çıxmış, dünyanı üçüncü dünya müharibəsi alovlarına sürükləyən avtoritar rejimlərin tüğyan etdiyi bir dövrdə yaşayan oxucu üçün, ilk növbədə amerikan oxucusu üçün yazmışdı.
    Bundan əlavə romanda müəllifin yaşadığı dövrlə təsvir olunan hadisələr arasında müəyyən zaman məsafəsi mövcuddur. Deməli, zaman etibarilə hadisələrə bir növ kənardan – gələcəkdən nəzər yetirən və onları təhlil edən, yazıçı ilə hadisələrin baş verdiyi zamanın içində bilavasitə yaşayan insanların görmə rakursları müxtəlifdir. Təsvir olunan tarixi dövrdə yaşayan və fəaliyyət göstərən insan hadisələrin bütün detallarını, bütün təfərrüatlarını görür, bütün hadisələrin bilavasitə şahidi olur, bu hadisələr onda hiss və həyəcan, narahatlıq hissi oyadır. Lakin o, hadisələrin necə bitəcəyini, nə ilə yekunlaşacağını bilmir. Hadisələri kənardan, gələcəkdən müşahidə edən əsər müəllifi isə bir tərəfdən detal və təfərrüatları nə qədər dərindən və hərtərəfli öyrənib araşdırsa da, mütləq nəyi isə nəzərdən qaçırır.
     İyirminci əsrdə tarixi roman janrında tarixi gerçəkliyə münasibətdə müəlliflər arasında iki bir-birini inkar edən konsepsiyaya təsadüf olunur: birincilər tarixi həqiqətə maksimum sadiq qalmağa cəhd göstərirlərsə, ikincilər yalnız onun məntiqini nəzərə alır, tarixi detal və hadisələrə gəlincə, onlara heç də həmişə riayət etmirlər. Hətta, bəzən tarixi hadisələrin mahiyyətinin şüurlu şəkildə təhrif olunması hallarına da təsadüf olunur. B.Brextin, F.Dürrenmatnın və digər görkəmli sənətkarların əsərləri bu ikinci tarixi janr bədii konsepsiyasına misal ola bilər. T.Uaylderin "Mart idləri" tarixi romanı da bu tipli əsərlərdəndir. Bizə elə gəlir ki, N.Anastasyev çox haqlı olaraq T.Uaylderin "Mart idləri" əsərini tarixi xronikaya imitasiya kimi qiymətləndirmişdir (4, s. 8).
     Bu baxımdan iyirminci əsrin görkəmli alman yazıçısı, bədii ədəbiyyatda intellektual janrın yaradıcısı və ən böyük nümayəndəsi hesab olunan B.Brextin "Cənab Yuli Sezarın əməlləri" ilə (5) T.Uaylderin "Mart idləri" əsərini müqayisə etmək, hər iki əsərdə "tarixi" təhriflərin xarakteri və məqsədlərini aydınlaşdırmaq baxımından maraqlıdır.
    Məlumdur ki, hər iki yazıçı müasirlər olmaqla bərabər, həm B.Brext, həm də T.Uaylder Yuli Sezara həsr olunmuş romanlarını təxminən eyni vaxtda, eyni zaman kontekstində düşünmüş, 40-cı illərin hadisələrini tarixin süzgəcindən keçirmək məqsədilə yazmışlar. Düzdür, T.Uaylder romanını tamamilə yazıb 1948-ci ildə uğurla onu çap etməyə nail ola bildiyi halda, B.Brext əsərini başa çatdıra bilməmiş, yalnız ölümündən sonra 1957-ci ildə yazıçının yazıb redaktə etməyə macal tapdığı böyük bir fraqment ayrıca kitab şəklində nəşr olunmuşdur.
    Belə bir sual meydana çıxır: iki müxtəlif dünyagörüşlü, müxtəlif temperamentli, müxtəlif yaradıcılıq vüsətinə və potensialına malik olan iki sənətkarı hansı səbəblər, 40-cı illərin sonunda dünyada özünü büruzə verən hansı siyasi, ideoloji, sosial hadisələr eyni tarixi şəxsiyyətin həyat və fəaliyyətinə müraciət etməyə vadar etmişdi?
    İyirminci əsr siyasi, ideoloji, sosial, milli problemlərin misli görünməmiş səviyyədə kəskinləşməsi müxtəlif siniflər, ictimai təbəqələr, millətlər arasında ziddiyyətlərin meydana gəlməsi, əsrlər boyu bəşəriyyətin rəhbər tutduğu, əbədiliyinə inandığı dəyərlərin iflasa uğraması ilə xarakterizə olunan yüzillikdir. Bir qayda olaraq iyirminci əsrdə ictimai sistemlərin mübarizəsi deyəndə 20-ci illərdən başlanan və ta 90-cı illərin əvvəllərinə kimi davam edən və yüzilliyin sonunda kommunist ideologiyasının tam süqutu ilə başa çatan kapitalist və sosialist sistemləri arasında mövcud olan qarşıdurma nəzərdə tutulur. Lakin bundan əlavə iyirminci yüzillik yuxarıda adını çəkdiyimiz qarşıdurma ilə çuğlaşan liberal demokratik konsepsiya ilə totalitar-avtoritar rejimlər arasındakı ziddiyyət ilə də səciyyələnir. Düzdür, bəşəriyyət XX əsrdə üzləşdiyi bir sıra problemləri həll edə bilmişdir, lakin bununla yanaşı təəssüf olsun ki, yeni XXI yüzilliyə keçmişin bir sıra eybəcər və təhlükəli irsi ilə qədəm basırıq.

Ədəbiyyat

1. Harrison Gilbert A. "The Enthusiast. A Life of Thornton Wilder. New Haven: Ticknor and Fields, 1983, 125a p.
2 Fergusson, Francis "The Allegorists: Brecht, Wilder and Eliot". In The Human Imaqe in Dramatic Literature, New York: Doubleday Anchor, 1957, 300 p
3 Goldstone Richard. Thornton Welder: An Intimate Portraite, New York: Saturday Review Press, Dulton, 1975, 299 p.
4. Анастасьев Н. Предисловие. – В кн. Т.Уайлдер. "Мартовские иды". Теофил Норт. М., "Художественная литература", 1972, с. 3-14.
5. Брехт Б. Дела господина Юлия Цезаря. М., "Иностранная литература", 1960, 312 с.
6. Кабанова Т. Драматургия Т.Уайлдера. Автореф. диссерт.на соиск. канд. филол. наук. М.,1984,19 с



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az