Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Hümeyir Əhmədov

Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi ®

14.04.2009 (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Hümeyir Əhmədov

Hümeyir Əhmədov      Ölkəmizin təhsil sisteminin inkişaf prosesi bütünlükdə, həm mütərəqqi milli ənənələrdən, əvvəlki nəsillərin müsbət təcrübəsindən, həm də XXI əsr cəmiyyətinin intellektual potensialının əsas rolunu nəzərə almaqla vacib dünyəvi meyllərin məntiqindən irəli gəlməlidir. Müxtəlif dövlət quruluşlarına malik ölkələrdə, qloballaşma prosesinə ziddiyyətli münasibətlərə və fikirlərdəki müxtəlifliyə baxmayaraq qloballaşma obyektiv bir reallıq kimi bəşəriyyətin qarşısında durur və milli təhsil sistemlərindən, ümumbəşəri əxlaqi dəyərlərə söykənən ictimai həyatın bütün sahələrində beynəlxalq həmrəyliyə və əməkdaşlığa olan ehtiyacları nəzərə alan yeni məqsədli istiqamət tələb edir.
    Hələ XX əsrin əvvəllərində görkəmli maarifçilər beynəlxalq əməkdaşlığın zəruri olmasına böyük diqqət verirdilər: «Biz Azərbaycanı Yevropaya tanıtdırmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayei-nəfisəyə malik oldğumuzu onlara bildirməliyik. Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu... musiqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şairlərindən geri qalmayacaq şairlərimizi, müsənniflərimizi, yazıçılarımızı, alimlərimizi birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik. Cəsur və rəhimli, safdil və həqqu bir millət olub da, fitnə-fəsad, hiylə və təzvir kimi zəmimədən ari olduğumuzu gizlətməməliyik... Əlqissə, bütün xüsusiyyətimizi, bütün məziyyətimizi təfsilatı ilə Yevropaya bildirib, müstəqil yaşamağa və müstəqil bir hökumət təşkilinə kamalınca müstəhəqq olduğumuzu layiqincə isbat etməliyik...».(2)
    Azərbaycan ali təhsili yeni yüzilliyin mütərəqqi meyllərini özündə əks etdirməli, əvvəlki nəsillərin təcrübəsini toplamalı, həm bəşəri dəyərlərə, həm də milli mədəniyyətin humanist ənənələrinə əsaslanmalı, Azərbaycan xalqının etnik bənzərsizliyinin qorunub saxlanılmasına istiqamət götürməlidir.
    Azərbaycan Respublikasının təhsil siyasətini qlobal proseslər axınında korrektə etməyə imkan verən ən vacib məsələ, təhsil sahəsində dəqiq istiqamətləndirilmiş dövlət siyasətinin işlənib hazırlanmasıdır ki, bu da büdcə maliyyələşməsi səviyyəsinin yüksəldilməsindən, operativ informasiya təminatının, müxtəlif beynəlxalq təşkilatlarla və fondlarla sabit əlaqələrin təminindən, təhsil sahəsindəki beynəlxalq elmi-tədqiqat proqramlarında iştirakdan, təhsil müəssisələrinin inkişafında iştirak edən hüquqi və fiziki şəxslərə vergi güzəştləri tətbiq etmək yolu ilə təhsil sisteminə qeyri-dövlət kapital qoyuluşunun stimullaşdırılmasından və s. asılıdır.
    Globallaşma prosesi milli təhsil sisteminə kənardan süni şəkildə tətbiq olunan bir hadisə olmayıb dünya inkişafının qanunauyğunluqlarının diqtəsidir və milli təhsil sisteminin modernləşdirilməsi prosesi məhz dünya inkişafının əsas faktorlarından olan globallaşma hadisəsi kontekstində araşdırılmalıdır.
    Qloballaşma meyllərinin meydana çıxardığı ən mürəkkəb problemlər kompleksi bəşəriyyətin mədəni polifoniyası nəticəsində yaradılmışdır. Siyasətdə, iqtisadiyyatda mərkəzdənqaçma proseslərini labüd olaraq müəyyənləşdirən, müxtəlif etnik mədəniyyətlərin qarşılıqlı təsirini, təhsil siyasətinin modernləşdirilməsini şərtləndirən qloballaşma yaxın gələcəkdə mədəni-sivil rəngarəngliyi aradan qaldıra bilməyəcək, çünki, milli özünəməxsusluğun uzun tarixi yolu nəticəsində hər bir etnosun şüurunda etnik təkrarolunmazlığın saxlanmasına meyl dərin kök salmışdır.
     Bir sözlə “Burada biz tarixi bir imperativlə qarşılaşırıq: fərdilik yalnız ümumiliyin içərisindədir, ümumilik isə yalnız fərdiliklərin əsasında mövcud ola bilir” (1,94) Qloballaşma istənilən müstəvidə məkan və məsafələrin sıxılmasını şərtləndirir, xalqları və mədəniyyətləri bir-birinə doğru aparır. Bu zaman müxtəlif ənənə və mədəniyyətlərin qarşılıqlı kommunikasiyasını arzu olunan məcraya yönəltmək, mədəni «şok» və toqquşma proseslərindən sözün tam mənasında salamat çıxmaq mexanizmində ənənələrin ayıq-sayıqlığa səsləyən potensialı öz yerini tutur. Cəmiyyətdə aydın və inandırıcı yaşayış ənənələrinə biganəlik, ögey münasibət bütün səviyyələrdə nizamın pozulmasına səbəb olur, nəticədə qeyri-təbii , normadan kənar vəziyyət yaranır. Ənənənin ən mühüm xüsusiyyəti zamanın fövqündə durmasıdır. Bəzən zorakılıq və təzyiqə məruz qalaraq sıxışdırılmasına baxmayaraq ənənə əbədiyaşarıdır.
    Yeni ruhlu milli dünyagörüşünə yiyələnmək, xalqı ümumbəşəri tendensiyalara qovuşdurmaq, aparıcı elmi, mədəni-mənəvi, ədəbi-bədii dəyərlərlə silahlandırmaq və maarifləndirmək təşəbbüsləri XX əsrin əvvəllərindəki maarifçilik hərəkatı məzmunu kəsb etməyə başlamışdı. Modernləşmə qloballaşmanın milli təhsil sistemindən imtina etmədən effektiv uyğunlaşmasına kömək edir.
    Təhsilin modernləşməsi hər şeydən əvvəl cəmiyyətdəki sosial-iqtisadi əlaqələrin dəyişməsi nəticəsində qaçılmaz olmuşdur, təhsilin qarşısında duran vəzifələr cəmiyyətdəki yeni sosial-iqtisadi münasibətlərin tələblərinin nəzərə alınması ilə yenidən qurulur və çevik, effektli bir sistemə çevrilərək cəmiyyət həyatının keyfiyyətlərinin yüksəldilməsində, qlobal məsələlərin həllində getdikcə daha fəal iştirak edir. Təhsilin modernləşməsində cəmiyyətin bir çox təbəqələri iştirak edir, təhsil islahatlarında ifadə olunan fəal dialoqlar baş verir. Bu islahatlar təhsilin ümumi keyfiyyətinin yüksəlməsində, yeni təhsil texnologiyalarının mənimsənilməsində bütün vətəndaşların iştirakında özünü göstərir. Digər tərəfdən, qloballaşma və inteqrasiya prosesləri ilə yanaşı, regionlaşma – dezinteqrasiya prosesləri də inkişaf edir. Məsələn, təhsildə – tədrisin bütün səviyyələrində regional tərkib atributiv xarakter daşıyır, ölkələrin çoxu milli teatrlara və filarmoniyalara malikdir, hər bir ölkə öz doğma alimlərinin nailiyyətlərini önə çəkir. Bundan başqa, Avropa ölkələrinin çoxunda müxtəlif yaşa və məşğuliyyətə malik olan insanların, cürbəcür siyasi partiyaların – anarxistlər, kommunistlər, «sollar» və b. – birliyindən ibarət olan «antiqlobalçılar» hərəkatı daha da güclənir. Bu daha kəskin şəkildə 2001-ci ildə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin («səkkizlik» adlanan) başçılarının Geniyada keçirilən görüşü zamanı özünü göstərdi. Müxtəlif ölkələrdən gəlmiş «antiqlobalçılar»ın kütləvi çıxışları nəinki italiya polisi ilə toqquşmaya gətirib çıxardı, hətta insan tələfatına da səbəb oldu.
    Hal-hazırda qloballaşmanın mahiyyətcə iki izahı aydın görünür: qloballaşma mədəniyyətlərin regionlaşması və dialoqu (zahirən ziddiyyətli olan vahid təzahürün iki tərəfi) ilə bir sırada gedən obyektiv bir prosesdir və qloballaşma subyektiv qrup maraqlarının təsiri ilə transmilli korporasiyaların bütün bəşəriyyətə guya obyektiv bir proses kimi sırındığı bir prosesdir.
    Təhsilin qloballaşmasının müasir mərhələsinin əsasını milli ənənələrlə təzə qaydaların zəruriliyini diktə edən yeniliyin arasındakı bağlılığın qaçılmaz və qırılmaz olmasıdır. Ən yaxşı halda milli ənənələrin ən yeni dünya təcrübəsi ilə üzvi bağlılığı əldə olunur. XX əsrin sonunda yenidən milli müstəqilliyinə qovuşmuş, iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi spektrlərinin yüksək potensialının verdiyi imkan baxımından dünya-region koordinatlarında həmişə layiqli yer tutmuş Azərbaycan xalqının həyatına müasir dünya reallıqları da mühüm yer tutmağa başlamışdır. Qloballaşma dünyanın lokal-regional və ümumdünya mühitlərində Azərbaycanın fəal iştirakı buna canlı sübutdur.
    Qloballaşma cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən ünsiyyət problemini istər ümumdünya, istərsə də bir ölkə miqyasında get- gedə daha qabarıq şəkildə ortaya çıxarmaqla həmin problemin həlli üçün düzgün prinsiplər müəyyənləşdirmək vəzifəsini qarşıya qoyur. Müşahidələr göstərir ki, ictimai ünsiyyət prosesində lokallıqdan qloballığa doğru sürətli bir keçid mövcuddur ki, bu da 1) ümumdünya ünsiyyət sferasının genişlənməsi və 2) lokal ünsiyyət sferalarının daralmasında təzahür edir (3,37). Bizim respublika kimi ölkələrdə beynəlxalq dillərə yiyələnmə də böyük əhəmiyyətə malikdir.
     O cümlədən dünya elminin ən yeni nailiyyətlərinə geniş yol açan müasir elmi ədəbiyyatların tərcüməsi də birinci dərəcədə əhəmiyyətlidir. Bu eyni zamanda milli dilin inkişafına, onun yeni terminlərlə zənginləşməsinə səbəb olur. Ümumbəşəri elm milli təcrübəni yeni dünya nailiyyətlərini özündə ən gözəl şəkildə birləşdirən milli təhsil sistemlərində keçərək ötürülür. Bəşəriyyət, milli rəngarəngliyin bütün ahəngini qoruyaraq getdikcə qarşılıqlı asılılıq zəminində daha da bütövləşir. Təhsil sahəsində milli xüsusiyyətlərin və milli dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə integrasiya olunmaqla inkişaf edən Azərbaycan təhsil sistemində globallaşmanın milli ənənələrdən ayrılmadan inkişaf etməsi dövlət qanunvericiliyi səviyyəsində təmin olunduğundan bu proses getdikcə daha geniş vüsət alır.
    Siyasətdə, iqtisadiyyatda inteqrasiya proseslərinin səmərələşdirilməsinə imkan yaratmaqla, müxtəlif etnik mədəniyyətlərin qarşılıqlı təsirini şərtləndirməklə, maarifləndirici siyasətin müasir şəraitə uyğunlaşması istiqamətində təhsilin taktika və strategiyasını yeniləşdirməklə, qloballaşma yaxın gələcəkdə rəngarəng mədəniyyətləri yox edə biməz, ona görə ki, etnik təkrarsızlığın qorunub saxlanılması meyli milli özünütəsdiqin uzun tarixi boyu hər bir xalqın düşüncəsində dərin kök salmışdır.
    Qloballaşma tendensiyalarından doğan daha mürəkkəb problemlər məcmusu bəşəriyyətin mədəni çoxşaxəliliyindən irəli gəlir. Qloballaşma siyasətdə və iqtisadiyyatda mərkəzəqaçma proseslərini müəyyənləşdirməklə müxtəlif etnik mədəniyyətlərin qarşılıqlı əlaqəsinə, təhsil siyasətinin yeniləşməsinə səbəb olmaqla yanaşı, yaxın gələcəkdə mədəni-sivil müxtəlifliyi aradan qaldıra bilməz, belə ki, çoxəsrlik tarixə malik milli özünü təyinetmə nəticəsində etnik təkrarolunmazlıqları qorumaq meyli hər bir etnosun şüurunda dərin kök salmışdır. Dünya birliyinin demokratikləşdirilməsi, milli mədəniyyətlərin arasındakı dialoqların dərinləşməsi, etnik mədəniyyətin təcridetmə xüsusiyyətindən imtina edilməsi, siyasətdə və iqtisadiyyatda inteqrasiya proseslərinin inkişafı, dünya və regional əmək bazarlarının tələblərinin vahid şəklə salınması əsasında ümumdünya keyfiyyət standartlarının təsdiqi, elmi biliklərin, elmi əməkdaşlıq və elmi-tədqiqat fəaliyyəti formalarının beynəlmiləlləşdirilməsi kimi bir sıra qloballaşma proseslərinin intensivləşməsi şəraitində təhsil və elm ən əhəmiyyətli milli və dünyəvi məsələlər sırasına irəli çəkilir.
    Bu halda hər bir dövlətin, hər bir milli-etnik birliyin, hər bir şəxsin qloballaşmanın bu mərhələsindəki vəzifəsi kifayət qədər mürəkkəbdir. Müasir gerçəkliklərə uyğun həyat strategiyasını işləyib hazırlamaq, əsrlər boyu yaranmış öz «sima»sını, bənzərsizliyini və milli-mədəni xüsusiyyətlərini itirmədən yeni dünyada öz yerini tapmaq bu cür vəzifələrdəndir. Dövlət, qloballaşma proseslərinin sürətli inkişafı şəraitində özünün ərazi, etnomədəni, siyasi və iqtisadi xüsusiyyətlərini qoruyub saxlaya bilməsi üçün siyasi iradənin təmərküzü, ənənəvi problemlərin həllinə qeyri-adi yanaşmalar tələb olunur. Bu zaman Azərbaycan xalqının tarixi və milli-etnik ənənələrinin qorunması üçün təməl işlənib hazırlanmalıdır.

Ədəbiyyat

1. Аллак Ж. Вклад в будущее: приоритет образования: Пер. с англ. – М.: Педагогика- Пресс, 1993. – 168 с
2. Hacıbəyov Üzeyir. Mühüm məsələlər. «Azərbaycan» qəzeti, 28 oktyabr, 1918, ¹53
3. Ələkbərova İ. Azərbaycan beynəlxalq ünsiyyətdə. “Kontekst” toplusu, 2005, s.37



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az