Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Hümeyir Əhmədov

Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması ®

21.09.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Hümeyir Əhmədov

Hümeyir Əhmədov     Müstəqilliyin ilk illərində Təhsil sahələrinin kifayət qədər maliyyələşdirilməməsi, ali təhsildə dövlət təhsil siyasətinin inkişafının dəqiq strategiyasını və taktikasını müəyyən edən milli nəzəriyyənin olmaması, təhsil sahəsindəki iqtisadi və elmi-innovasiya proseslərinə dövlətin müdaxiləsinin səmərəliliyinin aşağı düşməsi, elmi-pedaqoji tədqiqatlar spektrinin əsassız şəkildə daraldılması, respublikamızın dünyanın inkişaf etmiş ölkələr birliyinə inteqrasiyası şəraitində ictimai inkişafın sosial problemlərinin təhlil edilməməsi, pedaqoji kadrların əmək haqlarının aşağı olması, müəllimlərin peşə hazırlığı səviyyəsinin aşağı düşməsi, onlarda peşəkar, ünsiyyət və dil səriştələrinin aşağı səviyyədə olması; bir sıra ali təhsil müəssisələrin maddi bazasınin köhnəlməsi və dağılması, təhsilin keyfiyyətinin aşağı olması, təhsilin inkişafının əlavə mənbələrini təmin edən ictimai, xeyriyyə və şəxsi fondlar və s. kimi təhsildə maliyyələşmənin əlavə formalarının təminatı üçün hüquqi bazanın olmaması, ictimai həyatın bu sahəsində milli ənənələrlə təhsildəki yeniliklər arasında səmərəli nisbətin olmaması, yeni ixtisaslar üzrə tədris kurslarının və proqramlarının keyfiyyətli elmi təminatının olmaması kimi amilləri müstəqilliyin ilk illərində bir qədər mürəkkəb vəziyyətin yaranmasının əsas səbəbləri sırasına aid etmək olar.
     Eyni zamanda gənclərin yeni ideologiyaya əsaslsnan dünyəvi dəyərlərə istiqamətləndirilməsi və onlarda zəruri əxlaqi keyfiyyətlərin formalaşdırılması sisteminin inkişaf tempinin müasir tələblərə cavab verə bilməməsini də yuxarıda adları çəkilən səbəblər sırasına daxil etmək olar. Strateji baxımdan iqtisadi mexanizmlərin fəaliyyətlərinin genişləndirilməsi üçün lazım gələn ən vacib sahələrdən biri təhsildir və təbii ki, yeni dövrdə təhsilə yanaşmanın özü bütövlükdə dəyişməlidir. Qloballaşma və yeni texnologiyalar dövründə, təhsil sadə bir sosial sahə deyil, ölkənin gələcəyinə vəsait qoyuluşudur ki, burada həm şirkətlər, həm ictimai təşkilatlar, həm vətəndaşlar – istisnasız olaraq hamı, iştirak etməlidir. Təhsilin təşkilinin bazar modelinə müraciət etmək prosesi qəti addımlar atmağı tələb edirdi ki, bu da bəzən milli ənənələrə uyğun gəlmirdi. Belə ki, təhsilə çəkilən xərclərin azaldılması hesabına onun səmərəlilik səviyyəsinin yüksəldilməsinə nail olmaq tələb olunur.
     Yeni iqtisadi vəziyyətdə tələb və təkliflər təhsil sistemində də nəzərə almalıdır. Lakin bazar iqtisadiyyatı, təhsilin vacib bir sahə kimi dövlətin himayəsindən imtina etməsini heç də tələb etmir. Dövlət, eyni zamanda iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında özünün maraqlı olduğunu real şəkildə nümayiş etdirməli olduğu üçün təhsili birbaşa diqqət mərkəzində saxlayır. Eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə müstəqil nəzarət sistemi formalaşdırılmalıdır ki, bu da keyfiyyətli təhsil almaq imkanlarına dövlət zəmanətinin təmin edilməsi; ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması; peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması; təhsildə səmərəli iqtisadi münasibətlərin formalaşdırılması; təhsil sisteminin yüksək ixtisaslı kadrlarla təmin edilməsi, onların dövlət və cəmiyyət tərəfindən himayə olunması; təhsil sisteminin subyektləri arasında aparılan məsuliyyət bölgüsü əsasında təhsilin inkişafının idarə olunması kimi vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Son illər ərzində təhsilinin əsaslı şəkildə yenidən qurulmasının hüquqi cəhətdən dərk edilməsi, təhsil problemlərinə dövlət diqqətinin artırılması zərurətinin başa düşülməsi bu dövr üçün aktual olan digər məsələləri də, hər şeydən əvvəl isə təhsilin məqsədləri və dəyərləri, onun dünyagörüşünün əsasları məsələsini müəyyən etdi.
     Müstəqilliyin əvvəlki dövründə kommunist ideologiyasından sadəcə olaraq imtina etmək kifayət edirdi, lakin XX əsrin sonlarına yaxın artıq təhsilinin əsaslı şəkildə yenidən qurulmasının milli konsepsiyasının olmaması kəskin şəkildə duyulmağa başlamışdı, xüsusən də ona görə ki, bəzi islahatçılar köhnəlmiş və dağılmış dünyagörüşündən imtina edərək, bir sistemli yenilik də irəli sürə bilmirdilər. 1990-cı illərin sonlarında yeni şəraitdə tərbiyənin məqsədləri tam şəkildə müəyyənləşməmişdi və öz mahiyyətinə görə geniş mənalı «təhsil» məfhumunda əridilmişdi, müasir tərbiyənin əsas mənəvi istiqamətlərini seçib ayırmaq isə mütləq lazım idi. İslahatların bu cür axarı elmi-pedaqoji ictimaiyyəti bu islahatların tənqidi qəymətləndirilməsi və yaranmış problemlərin konstruktiv həllinin axtarışı zərurəti qarşısında qoydu. 1990-cı illərin ikinci yarısında postsovet məkanı təhsil sisteminin tarixində yeni dövr başlanır və onun ideyasını «təhsil islahatlarından – təhsilin dayanıqlı tərəqqisinə doğru» kimi şərh etmək olar. Bu dövrün ana xəttinə çevrilən əsas məsələlərindən biri, təhsil islahatlarının növbəti dövrünün məqsədə uyğunluğu məsələsi idi. Sözsüz ki, keçid dövrünün ictimai və fərdi xarakterli tələbləri müxtəlif institutların, idarəçilik strukturlarının inkişafına impuls verməklə, təhsil və təlim-tərbiyənin məzmun, forma və üsullarının yeniləşdirilməsini təmin etməklə məktəb həyatında da dəyişikliklərin olmasını zəruri edir. Lakin impuls verildikdən sonra təhsil sistemi sabitlik dövrünə ehtiyac duyur. Bundan başqa həmin dövrdə kəskin və düşünülməmiş inqilabi fəaliyyətlərdən uzaq qaçmaqla təhsil sisteminə təkamül rejimində, özünüinkişaf və özünükamilləşdirmə rejimində işləmək imkanlarının verilməsinə də böyük ehtiyac var idi. İslahatların davam etdirilməsi barədə danışmazdan əvvəl son zamanların fərdi istiqamətlənmiş təhsiliə keçid, çoxvariantlı təhsil prinsiplərinin işlənib hazırlanması, humanitar təhsilin məzmununun yeniləşdirilməsi, müxtəlif tipli təhsil müəssisələrinin meydana gəlməsi, bazis təhsil planının yaradılması kimi müsbət dəyişikliklərini əsaslandırmaq çox vacibdir. Fasiləsiz islahatlarla həyata keçirimiş proseslərin, o cümlədən buraxılmış səhvlərin təhlili də zəruridir. Keçən əsrin 90-cı illərin ikinci yarısında təhsilin birinci dərəcəli rolunun dövlət tərəfindən lazımınca qiymətləndirilməməsinin nəticələri aydın şəkildə görünməyə başladı və buna görə də məktəb sisteminə növbəti islahat deyil, dövlətin ona yenidən diqqət göstərməsi lazım idi. Təşəkkül tapan vətəndaş cəmiyyətinin özəyinin, uğurlu gələcəyə dövlətin bütün hakimiyyət strukturlarından və təsisatlarından daha artıq dərəcədə zəmanətin məhz təhsil olduğunun dərk edilməsi vacib idi. Təhsilə zahiri dəyişikliklər deyil, yeni tarixi şəraitdə özünü təyinetmə və özünü dərketmə üzrə əsaslı mənəvi fəaliyyət lazım idi ki, bu da yalnız dövlətin psixoloji və maliyyə dəstəyi ilə həyata keçirilə bilərdi. Özünün sabahı barədə təsəvvür əldə etmək üçün təhsil sisteminə sabitlik lazım idi.
     Beləliklə, bu dövrdə bütün dövlət təhsil strukturlarının və təsisatlarının fəaliyyətinin əsasında durmalı olan əsas prioritetləri tərbiyənin milli, humanist ideologiyasının müəyyən olunması, milli təhsil konsepsiyasının işlənib hazırlanması və onun inkişaf proqramının təsdiq olunması idi. Bütün bunların təminatı üçün hüquqi bazanın formalaşması da zəruridir. Təhsil hüququ təhsil münasibətinin nizama salınması üçün dövlət tərəfindən müəyyən edilən davranış qaydalarını müəyyənləşdirən normaların məcmusudur. Azərbaycan Respublikasının Konstitusiyasının (1) 42-ci maddəsində təsbit olunan təhsil hüququ təhsil sferasında beynəlxalq staandartlara, o cümlədən «Sosial, iqtisadi və mədəni hüquqlar haqqında» «Beynəlxalq Paktın 13-cü maddəsinə müvafiqdir. Göstərdiyimiz Paktda qeyd olunur ki, təhsil insanın tam inkişafına və ləyaqətinin dərk edilməsinə yönəlməli və insanın əsas mülki hüquqlarını möhkəmləndirməli, bütün milli, irqi, etnik və dini qrüplar arasında dostluq və yoldaşlıq şərtləndirməlidir. Azərbaycan Respublikasında təhsil sferası prioritet sahə kimi diqqət mərkəzindədir. Azərbaycan Respublikasın Prezidentinin Sərəncamı (2) ilə təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün təhsil sahəsində islahatlar üzrə yaradılan dövlət komissiyası bu sahədə islahat proqramlarını həyata keçirir. Təhsil siferasında dövlət siyasətinin prinsipləri Azərbaycan Respublikasının Təhsil Qanunu (3) il nizama salınır. Adları çəkilən bütün bu sənədlər ümumilikdə təkcə təhsilin normativ-hüquqi bazasının möhkəmləndirilməsini deyil, həm də dövlətin təhsilə diqqətini, təhsilin dövlət siyasətində ən başlıca istiqamətlərdən birinə çevrildiyini sübut etməklə, təhsildə dövlətin uzunmüddətli strategiyasını müəyyənləşdirdi. «Rusiya təhsilinin modernləşdirilməsi konsepsiyaları»nın reallaşdırılması prosesində ən böyük irəliləyiş ümumorta təhsilin yeniləşdirilməsi üzrə məsələlərin həlli prosesində olmuşdur. Bu istiqamətdə səylərin birləşdirilməsi onunla izah olunur ki, ümumi təhsil bütün təhsil sisteminin dayağı və onun ən kütləvi tərkib hissəsi olsa da, indiki vəziyyətdə ən az səmərəliliyə malikdir. Onun mahiyyəti ölkənin müasir tələblərindən qopardılmış, eyni zamanda hədsiz dərəcədə yüklənmişdir. Bu da məzunların ümumtəhsil səviyyəsinin aşağı düşməsinə, uşaqların sağlamlığının kəskin şəkildə pisləşməsinə, daha doğrusu, millətin genofondunun sürətlə tükənməsinə gətirib çıxarmışdır.
     Belə prinsiplərə təhsilinin humanist xarakterinin olması, ümuminsani dəyərlərin müdafiəsi, dövlət və bələdiyyə təhsil müəssisələrində təhsilin dünyəvi xarakter daşıması, təhsildə azadlıq və təhsinin idarə olunmasının demokratik, dövlət və ictimai xarakter daşıması, təhsil müəssisələrinin muxtariyyəti də aiddir. Qeyd etmək lazımdır ki, təhsil prosesində yaranan münasibətlər, iqtisadi və mədəni hüquqlarını realizə edirlər. Respublikanın vətəndaşları onun ərazisində irqi, milli, dini, yaş, sağlamlıq vəziyyəti, sosial, əmlak vəziyyətindən və vəzifə mövqeyindən, sosial əmlak vəziyyətində və vəzifə mövqeynidən asılı olmayaraq təhsil almaq hüququna malikdirlər. Təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. (4) Vətəndaşların təhsil almalarının mühüm dövlət təminatını təhsilin, əsasən, dövlət tərəfindən maliyələşdirilməsi təşkil edir. Xarici dövlətlərin mülki hüquq sferasındakı təcrübəyə müraciət etsək, bələdiyyələr tərəfindən də təhsilin müəyyənləşdirilməsinin şahidi olarıq. Təhsil müəssisələri təşkilati-hüquqi formalarından asılı olmayaraq qeyri-sahibkarlıq fəaliyyəti olaraq, bir sıra verği və rüsumların ödənməsindən azaddırlar. Mülki hüquq münasibətləri sferasında təhsil hüququnun diqqəti cəlb edən mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, dövlət rulsuz icbari otra təhsilə təminat verir. Məlumdur ki, 9-cu sinif əsas təhsil olaraq ümumi təhsil məktəbi həcmində həyata keçirilir. Orta təhsilin 10 və 11-ci siniflərinə qəbul isə şagirdlərin arzusu ilə, digər məktəblərə isə müsabiqə ilə həyata keçirilir. Təhsil hüququnun məzmunu müvafiq proqram səviyəsi və istiqaməti ilə şərtlənir. Məktəbəqədər təhsil, ibtidai təhsil (1-4-cü sinflər), əsas təhsil (5-9-cu siniflər), orta (tam) təhsil (10-11-ci siniflər), texniki-peşə təhsili müəssisələri ilə yanaşı, qeyri-dövlət təhsil müəssisələri kimi özəl məktəblər də onlara aiddi. Onlar bu cəhətləri ilə mülki hüquq münasibətlərinin əsas subyekti kimi çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Təhsil Qanunu rəqabət əsasında hər bir vətəndaş müvafiq ali təhsil müəssisələrində təhsil almaq imkanı verir. Hər bir təhsil müəssisəsi öz nizamnaməsinə malik olmaqla, ona verilən müəyyən olunmuş formalı lisenziyaya əsasən fəaliyyət gösətrir. Ali təhsil müəssisəsini bitirən şəxslərə dövlət nümunəli diplom verilir. Ali təhsil şəxslərə elmi, pedaqoji səviyəsini yüksəltmək məqsədilə aspirantura və doktoranturaya daxil olmaq hüququ verir. Qeyd etmək lazımdır ki, ali təhsil müəssisələrində pulsuz təhsil ilə yanaşı, qanuna müvafiq olaraq, ödəniş əsasında təhsil prosesinin təşkili imkanları da nəzərdə tutulur.
     Azərbaycan Respublikası vətəndaşlarının konstitusiyon hüquqi vəzifəsi baxımından əsas təhsil hamı üçün məcburidir. Əsas təhsili bitirən şagirdlər buraxılış imtahanları verdikdən sonra, onlara dövlət nümunəli şəhadətnamə verilir. Bu isə sonrakı ümumi orta texniki-peşə və ya orta-ixtisas təhsilinin davam etdirilməsi üçün əsas kimi çıxış edir. Təhsilin yüksək səviyyəsini təmin etmək üçün qanunvericiliklə dövlət təhsil standartlarının müəyyənləşdirilməsi təsbit edilmişdir. Dövlət standartları əsas təhsil proqramlaının minimum səviyyəsini, təhsil yükünün maksimum həcmini, məzmunların hazırlanmasının tələblərini müəyyən edir. Göstərilən standartlar və onun komponentləri mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir. Dövlət konstisiya ilə təhsil demokratikləşməsi şəraitində müxtəlif formalı təhsilin inkişafına təminat verir. Təhsil hüququnu realizə edən vətəndaşlar sosial köməyə ehtiyac duyarlarsa, dövlət tam və ya qismən təhsilə çəkilən xərcləri ödəyir. Belə köməyə ehtiyacı olan vətəndaşların dərəcəsi, onların forması, ölçü və mənbələri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

     Təhsil hüququnun sistemini aşağıdakı mühüm hissələrə bölmək olar:

     1. Təhsil qanunvericiliyi (müvafiq münasibətləri nizama salan normativ aktların məcmusu);
     2. Təhsil hüququ sahəsi (normativ aktlarla təsbit olunan hüquq normalarının məcmusu);
     3 .Təhsil sferasında hüquq münasibətlərinin sistemi (tədris prosesi iştirakçılarının arasında yaranan və təhsil qanunvericiliyinin normaları ilə tənzimlənən hüquq münasibətləri);
     4. Azərbaycan Respublikasının təhsil sistemi;
     5. Təhsil prosesi iştirakçılarının hüquqi statusu;
     6. İnsanların təhsil sistemində azadlıq vəziyyəti;
     7. Təhsilin məzmunu, tədris prosesinin təşkilinin forma və metodları;
     8. Təhsil sistemi müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti və maddi texniki bazası;
     9. Təhsil sisteminin idarə olunması;
     10.İnsan subyektiv hüququ olan əqli mülkiyyət hüquqi-mülki hüququ nizamasalma predmeti kimi.

     Belə bir sual meydana çıxır-təhsil hüququna müstəqil hüquq sahəsi kimi baxmaq olarmı? Müvafiq məsələyə iki əsas konsepsiya ilə yanaşmaq olar: birinci konsepsiyaya görə, təhsil hüququ ayrıca hüquq sahəsini ifadə edir. Onun tərəfdarları bu sahənin predmet əv metodunu müəyyən etməyə, onun spesifikliyini göstərməyə çalışırlar. İkinci konsepsiya isə təhsil hüququnu qanunvericilik sahəsi kimi qəbul edir. Kompleks sahəyə daxil olan hüquq norması oxşar olanları ilə əsas struktur sahədə qalsa da ona müvafik sahənin ümumi müddəaları şamil olunur. Kompleks təhsil hüququnun meydana çıxması və inkişafı hüququ nizamasalma prosesinin inteqrasiyasının ilkin mərhələsi kimi çəxəş edir(4). V.İ.Şkatulla (7) təhsil hüququnu kompleks hüquq sahəsi kimi qiymətləndirərək onun tərkibinə təhsil haqqında müqaviləni, təhsil prosesini, tədris işinin təşkilini və s. daxil edir. Məhz pedaqoji münasibətlər təhsil hüququnun nizamlanma prosesinin nüvəsini təşkil edir, lakin, onların səmərəli tənzimi üçün təhsil qanunvericiliyinin normaları kifayət deyildir. Mülki, inzibati, maliyyə və s. hüquq sahələrinin də normalarının köməyi tələb olunur.
     Aralarındakı fərqə baxmayaraq, hər iki konsepsiya məzmunca kifayət qədər biri-birinə yaxındır. Bəzildəri belə hesab edirlər ki, qanunvericilik sahəsi və kompleks hüquq sahəsi eyni mənalar daşımasa da, bir-birinə kifayət qədər yaxındılar. Kompleks hüquq sahəsi kimi çıxış edən təhsil hüququnu təşkil edən normalar təhsillə əlaqədar münasibətləri nizama saldığından, təhsilin normativ anlayışının müəyyən etmək zəruridir. Təhsil Qanununun prieambulasında göstərilir: təhsil cəmiyyəti və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və ystyn inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümümbəşəri dəyərlərə əsaslanıb, demokratik xarakter daşıyır. Təhsil bir proses olmaqla, aşağıdakı əlamətlərələ səciyyələnir: -Məqsədyönlülük, təşkilatçılıq, idarəçilik, təkmilləşmək və keyfiyyət tələblərinə cavab vermək. Müvafmq sferadakı ictimai münasibətlər mürəkkəb və rəngarəng olmaqla saşəvi mənsubiyyətinə, funksiyalarına görə müxtəlif olan hüquq normaları ilə nizama salınmalıdır. Bu baxımdan təhsil sahəsindəki münasibətləri nizama salan normaların məcmusu kompleks hüquq sahəsini təşkil edir. Elmdə bu fakt ümumən tanınır. Kompleks sahə aşağıdakı sahələrdən fərqlənir: vahid eynicinsli predmetə malik olur, müxtəlif sahələrdən götürülmüş normalardan ibarat olur və əsas hüquq sahəsinin metodlarından istifadə edir.
     Təhsil qanunvericiliyi sisteminə təhsil sisteminin idarəediləmsi haqqında dövlət təhsil standartları, təhsil müəssisələri, təhsilin alınması formaları, təhsil haqqında sənədlər, vətəndaşların təhsil hüququnun təhata keçimrən təşkilatlar, ödənişli təhsil xidmətinin göstərilməsi və fərdi pedaqoji fəaliyyət haqqında normatif aktlar daxildir. Bu da təhsil hüququ və təhsil qanunvericiliyinin kompleks xarakteri haqqanda fikir yürütməyə imkan verir. Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, təhsil hüququ-təhsil alanlar və təhsil müəssisəsinin funksiyalarını həyata keçirən pedaqoq, müəllim, tərbiyəçilər arasında təhsil prosesi çərçivəsində meydana çıxan pedaqoji münasibətlərin tam və səmərəli tənzimlənməsi məqsədilə funksional baxımdan qarşılıqlı fəaliyyət göstərən, müxtəlif sahəli mənsubiyyətli hüquq normalarının sistemindən ibarət olan kompleks hüquq sahəsidir. Təhsil hüququnun metodu müvafiq ictimai münasibətlərin tənzimlənməsinin müxtəlif usul və fəndlərinin məcmusunu nəzərdə tutur. Hüquqi nizamasalınmanın, əsasən, üç üsulu fərqləndirilir; icazəverici, qadağanedici və həvəsləndirici. Hüquqi dövlət quruculuğu yolunda irəliləyən dövlətlərdə həvəsləndimə metoduna cəza tətbiq etmə metodundan daha çox əhəmiyyət verilməlidir. Dövlətin mədəni səviyyəsi artdıqca o cəza tədbirlərindən mümkün dərəcədə az istifadə edərək daha böyük nəticələr əldə edir (6). Hüquq ədəbiyyatında haqlı olaraq gösətrilir ki, həvəsləndirmə metodu insanın fəallığını yüksəltmək üçün tətbiq olunan və cəza metodu ilə müqayisədə daha yüksək səmərə verən metodlardan biridir (5).
     Beləliklə, təhsil hüququ kompleks hüquq sahəsi kimi tanınmaqla, onun tənzimlədiyi münasibətlərin spesifikliyini təhlil edərək, bu sahənin predmet və metodunun fərqləndirlməsi mühüm əhəmiyyət kəsb edir. Kompleks hüquq sahəsinin predmetii eynicinsli deyildir. Burada ictimai münasibətlərin aşağıdakı əsas qrupları fərqləndirilir:

     1.Təhsildə idarəetmə ilə bağlı dövlət hakimiyyəti orqanları və təhsil müəssisələri arasındakı münasibətlər.
     2. Təhsil müəssisələrinin fəaliyyətinin maliyyə təminatı ilə bağlı münasibətlər.
     3. Təhsil müəssisələrinin yaradılması, onların yenidən təşkil və ləğvi ilə əlaqədar yaranan əmək hüquq münasibətləri.
     4. Təhsil müəssisəsi və təhsil alanlar arasında təhsil müəssisəsinə qəbul, təhsil müəssisəsinin təşkili, attetasiya və s. ilə bağlı münasibətlər.

ƏDƏBİYYAT

     1. Azərbaycan Respublikasının. Konstitusiyası. Bakı, 2005.
     2. Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli «Azərbaycan Respublikasında Təhsil sahəsində islahatlar izrə dövlət komisiyası haqqında» Sərancamı.
     3. Azərbaycan Respublikası Təhsil qanunvericiliyinin külliyyatı (birinci nəşr) E.İ.Abdullayevin rəhbərliyi ilə tərtibçilər qrupu. Bakı: Təhsil, 2002. 82. s
     4. Səfərov. İ.M. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı: Hüquq ədəbiyyatı, 2003, s.132.
     5. Соуза Э.Г. Университет ООН: глобальная миссия // Перспективы: вопросы образования. Париж: ЮНЕСКО, 1990" N3,c.10
     6. Шершенчевич Г.Ф. Общая теория.Рига. 1924. Купцов О.В. Непрерывное образование его структура. // Высшее образование в Европе. Том XVI. N1, 1991. С.29-30.87
     7. Шкатулла В.И. Образовательное право. Учебник для вузов. М. 2001, с.149.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az