A.Rüstəmov22.04.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © A.RüstəmovXIX yüzillikdə yaşayıb-yaratmış Azərbaycan klassik şerinin bu maraqlı siması haqqında, təəssüf ki, indiyəcən bizdə, demək olar ki, danışılmamışdır, tanınmamışdır, yox əgər bir söz deyilmişsə, o da nəzəri cəlb etməmişdir. Halbuki dövründə Seyid Əzim Şirvani, Sədi Sani Qarabaği, Firudin bəy Köçərli və başqa ziyalılar onu tanımışlar. Siracinin Füzuli məktəbinə mənsub bir şair kimi qəzəlləri, müxəmməsləri vardır. Əlimizdə olanlar şairin yaradıcılığını bütünlüklə əhatə etməsə də, Füzuli aşiq məktəbinin qüvvətli nümayəndələrindən olduğunu göstərir. İndiyəcən mütəxəssislərə belə o qədər də tanış olmayan şair Siraci haqqında ilk dəfə İstanbul universitetinin professoru, ədəbiyyat tariximizin, folklorumuzun yorulmaz tədqiqatçısı, soydaşımız Əhməd Cəfəroğlu danışır; göstərir ki, azəri türklərindən Amasyada məskunlaşan möhtərəm Hacı Mahmud Əfəndizadə, İbrahim Veysi bəy Əfəndiyə aid Qarabağ şairlərindən Sədi divanının son 8 vərəqində bulunan Siraci şerlərini həmin əlyazmasıyla birlikdə ona - Əhməd Cəfəroğluna bağışlamışdır. XIX əsrdə Azərbaycan ədəbiyyatı tarixində "Riyazül-aşiqin" müəllifi Məhəmməd ağa Müctəhidzadə və Firudin bəy Köçərlinin kitabından Sədiyi Qarabaği kimi tanıdığımız şair haqqında az-çox məlumatımız vardır. Lakin Sədi Qarabaği və bəlkə Seyid Əzim Şirvani kimi şairlərin də təxmis etdiyi, nəzirə yazdığı Siraci kimdir? Bu ada yuxarıda deyilən divanın son vərəqlərindən başqa bir yerdə təsadüf etmirik. Kimdir Siraci? Ey Siraci, söylədin bir şeri-şirin zövqilən Eyləsin tənzir, pişi-şairi Şirvana çək! Professor Əhməd Cəfəroğlu imkanlarında olan mənbələrə əsasən, "Seyid Həmzə Nigarinin oğlu olan Mövlanazadə Siracəddin əfəndi həzrətləri qarabağlıdır". Amasya tarixçisi Hüsaməddin bəyə görə isə o, 1278-ci ildə (1858) Qarabağda dünyaya gəlib, 1292-ci ildə (1877), Qarabağda vəfat etmişdir". Dünyada cəmi 18-19 il ömür etmiş şairin şerləri göstərir ki, Siraci güclü təbə malikmiş, dil və poeziyamızın qanunlarını dərindən bilmişdir. Belə ki, Sədi Qarabaği onun şerlərini təkcə təxmis etməklə qalmamış, dostuyla birlikdə qəzəl yazmaqla da kifayətlənməmiş, onun 13 qəzəlini, 2 müxəmməsini və bir natamam tərkibbəndini öz divanının sonuna yazmışdır; əks halda bəlkə də bu heç ələ keçməzmiş. Digər tərəfdən professor Ə.H.Cəfəroğlu həmin araşdırmalarını 1932-ci ildə İstanbulda latın əlifbasıyla, kiçik bir kitabçada topladığı şerlərlə birlikdə nəşr etdirmişdir. Kitabın titul vərəqində belə bir həzin qeyd vardır: "Azəri ədəbiyyatının materiallarını ilk dəfə toplayan mərhum Firudin Köçərlinin əziz ruhuna ithaf edirəm". Professorun araşdırmalarından məlum olur ki, Sədəddin Nüzhət bəyin dediyinə görə, Siracinin "Saqi" rədifli qəzəlinin Türkiyədə, "Üşşaq məqamı"nda iki bəstəsi olub. Bu bəstələr Ərzurumda, hətta İstanbulda belə indi də məşhurdur. Daha sonra Ziyaəddin Fəxri bəy "Ərzurum şairləri" adlı kitabına (İstanbul, 1927) Siracini Osman Siracəddin adıyla Ərzurum şairi kimi daxil etmiş, bizim Siracinin əsərlərini onunkuyla qarışdırmışdır. Yeri gəlmişkən, professor Ə.Cəfəroğlu arxivindən bir sıra ədəbiyyatımızla bağlı materialları, eyni zamanda həmin məlumatları əxz etdiyimiz kitabçanı bizə verdiyi üçün professorun qızı Nazan xanıma həmişə minnətdarlığımı bildirirəm. Professorun məqalələrini, haqqında olan materialları vaxtaşırı "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan", "Ulduz" jurnallarında, dövrümüzün çoxsaylı qəzetlərində çap etdirir, televiziyada Ə.Cəfəroğluyla ilgili verilişlər aparıram. Və nəşr etdirdiyim mətbuatı Nazan xanıma, alimin arxivinə göndərirəm. Siracinin haqqında şerlərin tədqiqinə gəldikdə deməliyəm ki, onlar yüksək ilhamlı bir gəncin qələmindən süzülmüş, orta əsr poeziyamızın məhəbbət mövzusunu özünəməxsus şəkildə təsvir və tərənnüm etmişdir. Dilimizin imkanları daxilində poeziyamızın məlum bədii ifadə vasitələrindən: təşbih, istiarə, bənzətmə, rəddül-əcüz-ələssədr, alliterasiya, mübaliğə, təsxir və sairəni, özünə qədərki ustadları təkrar etməməyə çalışaraq, məharətlə işlətmişdir. Siraci poeziyamızı gözəlləşdirən bədii ifadə vasitələrindən məhəbbətlə, məharətlə, gənc ürəyin hisslər aləmiylə bağlı istifadə edən istedadlı şair olmuşdur. "Saqi" rədifli qəzəlində "aşina" ilə "yad" təzadlarından, "badə" (qədəh) və "badə" (külək, yel) cinaslarından, bir beytdə üç daxili qafiyədən (siraci, ilaci, naci) və s. bacarıqla istifadə etmişdir. Onun mübaliğələri xüsusilə təkrarsızdır, maraqlıdır, zərifdir, şair tapıntısıdır: Müjən, qəmzən dəlib bağrım töküb qanım gülüstanə Qızılgüllər yəqin ondan boyanıbdır qızıl qanə. Yaxud: Bir səhər gördüm ki, əflakə düşübdür zəlzələ Ol məgər gülşəndə zari-bülbüli şeyda imiş. Yaxud: Çün dəri dildaridə tökdüm sirişkim qətrəsin Dəhr içində indi hər bir qətrəsi dərya imiş. Siraci qəzəllərində səslərin sıralaşmasıyla musiqi yarada bilmişdir. "Çəkməm" rədifli qəzəlində səsləri elə sıralamışdır ki, "h" səsi dönə-dönə təkrar olunsa da, şerin məzmununa, ahənginə zərər verməmiş, əksinə, gözəlliyini artırmışdır. Onun başqa qəzəllərində də "z-s" kimi səslər çoxluq təşkil edir, xışıltılı "ş-ç" səsləri azaldıqca musiqarlıq artır. Belə səslərin çoxluq təşkil etdiyi sözlərin işlənməsində, seçilməsində məharət müşahidə olunur. Siraci klassik şerimizə xas olan, eləcə də, aşıq üslubunda yaradılan qoşmalarımızda ara-sıra işlənən "rəddül-əcz ələssədr" şəklindən də bacarıqla istifadə etmişdir. Bunun özü də şairin diqqətəlayiq bədii ustalığından xəbər verir. Belə əsərlərdə, məlum olduğu kimi, beyt və ya bənd hansı sözlə bitirsə, növbəti beyt və ya bənd həmin sözlə başlayır və bundan məzmun da, qulağa yatımlıq da xeyli qazanır. Siracidən misal: Zülfün siyahı saldı mənim başıma sevda Sevda səri-səhranı mənə göstərir eyva!!! Eyvah! Oluram Qeys məsəl sahibi-səhra. Səhranı tutub kim araram hər gecə Leyla, Leyla sənə derlər, sənə derlər, məhi əxtər... XIX əsrdə bir sıra qəzəllərini, mürəbbe, müxəmməs, tərkibbənd və s. zaman üçün məqbul sayılan klassik ədəbi dildə, türklər demişkən, divan ədəbiyyatı dilində yazan bəzi qəzəlxanlardan fərqli olaraq, Siraci sadə danışıq dilində işlənən "tir-tir titrəmək", "tüklərim titrədi" (tərpəndi), "bağrım qan-yaş tökərək", "əl götür, kərəm elə", "başımı alıb gəldim" kimi sözlər, ifadələr, həmçinin əruzun ən oynaq, hecaya yaxın vəznlərini seçməklə aşıq şerinə, hecada yaranan XIX yüzillik poeziyasının xalq şeri üslubuna, eyni zamanda müasir şer dilimizə daha yaxınlaşmışdır. Məsələn, onun "Saqi" rədifli qəzəlini misra bölgüsüylə düzüb yazanda, sətrlər elə bölünür ki, elə bil qəzəl hecanın yeddilik vəznində yazılmışdır; daxili qafiyələri də nəzərə alıb bölüb yazsaq, belə alınır: Ver mənə cami yari Ta ki, bulam qərarı Verməm bu ruzigarı Bihudə badə, saqi! Atəşlərə Siraci, Yandı, nədir əlacı? Gəl ol sən ona naci Sübhü məcadə, saqi! Sədi Qarabaği və zamanının başqa tanınmış şairləri ilə yaxınlıq edən, Sədiylə müştərək "Arasında" rədifli qəzəl yazan, klassik poeziyamızı, ana dilimizi mükəmməl bilən Siracinin nə üçün bir müddət Ərzuruma mühacirət etməsi, həyatının müxtəlif anları, hətta Ərzurumdamı, Qarabağdamı vəfat etməsi sualları doğur. Professor Ə.Cəfəroğlunun ona bir təsadüf nəticəsində rast gəlməsi, tədqiq və nəşr etdirməsi müstəsna olunarsa, Siraci kimi xoş cavanın yaradıcılığı müəmmadır, tədqiqatçıya möhtacdır. "Riyazül-aşiqin" müəllifi Müctəhidzadə, "Azərbaycan ədəbiyyatı tarixi materialları" kimi sanballı monumental əsərin müəllifi F.Köçərli belə, onun atası Nigari təxəllüslü şairdən bəhs etdikləri halda Siracinin adını da çəkmirlər. Professor Ə.Cəfəroğlu təəccüb edir ki, bütün Qarabağ şairləri haqqında məlumat verən təzkirə sahibi, eləcə də, F.Köçərli nə üçün Siracidən bir kəlmə də danışmır. Nazan xanıma - Ə.Cəfəroğlu qızına bir daha təşəkkür etməklə tədqiqatçıların, xüsusilə, XIX yüzillik poeziyamızın araşdırıcılarının diqqətini mövzuya cəlb etmək istədim. Vəssalam! Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı