Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Gülşən Əliyeva

Türkiyə füzulişünaslığı Azərbaycan nəzəri fikrində ®

13.04.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Gülşən Əliyeva

     Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ismi və misilsiz bədii-fəlsəfi irsi 500 ildir ki, dünya filoloji fikrinin dikkatindedir. Dünyanın söz, sənət kiymetini bilən bir çox xalqları onun bədii kamilliklə yoğrulmuş, Allah, İnsan və Cahan münasibətləri haqqında hikmətlə dolu nazmından estetik zevk alır, müdriklik əxz edir.
     Füzulişünaslığın tarixi tam olarak M.Füzulinin ilk şiirlerini yazdığı dövrdən başlanır. Kendinden önceki Şərq klassik poeziyası geleneklerini və zəngin şifahi xalq ədəbiyyatı təcrübələrini yaradıcı şəkildə mənimsəmək və ilahi vergisi olan yeteneyi sayəsində o, orta əsrlər Şərq ədəbiyyatına ilk kalm tcrüblsindn klassik kimi daxil oldu. Biz belə qənaətə gəlmişik ki, ilk füzulişünas məhz elə M.Füzulinin kendisidir. Çünki, azərbaycanca, farsca qəzəllər, azərbaycan, fars və ərəbcə qəsidələr, divanlarının dibaçələrində, «Rindü-Zahid» və s. əsərlərində söz sanatı və öz sanatı haqqında ilk və mötəbər sözü məhz elə M.Füzuli söyləmişdir. «Elmsiz şer əsassız divar olar, əsassız divar qayətdə bietibar olar», «Söz mənadan asılıdır, məna sözdən hər zaman» kimi aforizmə çevrilmiş ifadələr M.Füzulinin nəzəri sənət düsturlarıdır. Gənc yaşlarında şöhrətlənib «Seymi-fəsahət ilə sözüm tutdu alemi» diye öz sənətini kiymetlendiren M.Füzuli haqqında ilk fikri onun sağlığında kendi tezkiresinde de (1546) Kastamonlu letifi yazmışdır Ürək ovlayan bir tarzi, gözəl üslubu vardır. Tərzində oricinal, təriqində yenilikçidir». M.Füzulinin ölümündən bir neçə il sonra böyük alim, şairin oğlu Fəzlinin dostu Əhdi Bağdadi kendisinin «Gülşəni-şüəra» təzkirəsində onun üç cilddə yazdığı şerlərini yüksək kiymetlendirib. XVI əsrdən sonra yazılmış bir çox təzkirələrdə – Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin «Töhfeyi-Sami» (1550), Aşıq Çələbinin «Məşahirum-şüəra» (1566), Sadıqbəy Sadiqi Əfşarın «Məcməül-xəvas» (1598), Lütfəlibəy Azərin «Atəşgədə» (1760) və s. kimi Şərq təzkirələrində M.Füzuli sanatının bədii-fəlsəfi özəllikləri dəyərləndirilmiş, şairin ədəbi-tarixi mövqeyi göstərilmişdir.
    Fakat istər Türkiyədə, istər Avropada, istər Rusiya və Orta Asiyada M.Füzuli yaradıcılığının intensiv elmi-nəzəri tədqiqi XIX əsrdən başlanır.
    Qərbi Avropada Füzulidən ilk dəfə bəhs edən Hammer Purental olmuşdur. O, özünün «Osmanlı ədəbiyyatı tarixi» əsərinin ikinci cildində (1836) M.Füzuliyə 14 səhifəlik yer vermişdir. Görkəmli rus şərqşünası E.Ə.Bertels «Fizuli i istoriə eqo izuçenie» əsərində Hammerin fikirlərini tənqid etmişdir. M.Füzuli barəsində Avropada daha geniş məlumatı özünün «Osmanlı şeri tarixi» əsərində (1904) ingilis şərqşünası Kibb E.F. vermiş, o Füzulini Azərbaycan şairi kimi təqdim edib, Füzuli yaradıcılığının əsas xüsusiyyətlərini təyin etməyə çalışmışdır.
    Rusiyada M.Füzuli irsinə maraq XIX əsrin ikinci yarısından başlanır. Moskvada Şərq dilləri ilə məşğul olan Lazerev institutunda L.E.Lazerev 1862-ci ildə M.Füzulinin «Leyli və Məcnun» poeması haqqında magistr dissertasiyası yazıb. V.Smirnov «Oçerk istorii tureükoy literaturı» (1891) əsərində təzkirələrə və Türk məxəzlərinə istinadən şair haqqında dolaşıq və qüsurlu məlumat verir.
    Görkəmli şərqşünas A.Krımski «İstoriə Turüii i ee literaturı» (I cild, 1916) əsərində M.Füzulinin ədəbi-tarixi mövqeyindən və poeziyasından geniş bəhs edir. Krımski yalnış olarak M.Füzulinin milliyyətcə kürd olduğunu yazıb. Rus şərqşünaslığında M.Füzuli yaradıcılığının tədqiqi sahəsində E.Ə.Bertelsin misilsiz xidmətləri var. O, 1930-cu ildə M.Füzulinin dünyada ən mükəmməl külliyatı olan Leninqrad külliyyatını ilk dəfə tədqiq edərək «Füzulinin ərəbcə şiirleri» məqaləsini yazır. Onun «Nizami və Füzuli» adlı fundamental monoqrafiyası isə həm nizamişünaslıq, həm də füzulişünaslıq sahəsində ən ciddi, ən mötəbər ənənə yaradan əsər kimi bu gün də şöhrətini korumakdadır.
    Dünya füzulişünasığında Türkiyə füzuliünaslığı ən güclü, tutumlu və müstəqil tədqiqata ehtiyacı olan elmi-nəzəri istiqamətlərdən biridir. Təzkirələr və ayrı-ayrı məcmuələrdə çap olunan məqalələr nəzərə alınmazsa, XIX əsrin 70-ci illərindən etibarən Türkiyə alimləri M.Füzulinin Şərq ədəbiyyatı kontekstində, böyük Azərbaycan şairi kimi tədqiqinə ciddi elmi-tarixi tədqiqatlar həsr etmişlər. Bunlardan bazıları: Mahmud Əkrəm Rəcaizadə «Qüdəmadan bir qaç şair» (1887), Məhəmməd Cəlal «Osmanlı ədəbiyyatı nümunələri» (1894), Şəhabəddin Süleyman «Tarixi ədəbiyyati Osmaniyyə» (1910), İsmayıl Həbib «Türk təcəddüd ədəbiyyatı tarixi» (1921), M.F.Köprülü «Azəri ədəbiyyatına aid tədqiqlər» (1926), Abdulkadir Karahan «Füzuli: mühiti, hayatı və şahsiyyəti» (1949), A.Kölpinarlı «Füzuli divanı» (1948), Hasibə Mazıoğlu «Füzuli – Hafiz» (1956), Ali Nihad Tarlan «Füzuli Divanı» (1950) və s. göstərilən araşdırmalar içərisində öz elmi dəyərinə görə M.F.Köprülünün, A.Karahanın və H.Mazıoğlunun tədqiqatları öz elmi sistemi, düzgün tarixi yanaşma tarzı və nəzəri metodolocisi ilə seçilir.
    M.Füzuli irsinin Azərbaycan füzulişünaslığında dərki şairin dövründən, bədii ədəbiyyata təsiri isə XVII əsrin önlərindən başlanır. O, özündən sonra Qövsi Təbrizi, Məsihi, Saib Təbrizi, M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, A.Bakıxanov, M.Ş.Vazeh, S.Ə.Şirvani, M.Ə.Sabir kimi sənətkarlara güclü poetik təsir göstərib.
    M.Füzuli haqqında Azərbaycan ədəbiyyatında ilk yanlış fikri M.F.Axundzade söyləyib. Mirzə Şəfi Vazeh 1848-ci ildə tərtib etdiyi «Dərbəndnamə» müntəxabatına şairin şerlərini daxil edib.
    Mirzə Kazım bəy hərbi Akademiyanın müdavimləri üçün «Uçebnoe posobie dlə vremennoqo kursa tureükoqo əzıka dlə voennoy Akademii» (S.Peterburq, 1854) adlı dərs vəsaitində Füzuli yaradıcılığna geniş yer vermişdir. XIX əsrin büyük şairi Füzulinin davamçısı S.Ə.Şirvani kendi «Təzkirə»sində şairin ədəbi-tarixi qiymətini izah edir. XX əsrin önlərində böyük ədəbiyyatşünas F.B.Köçərli «Azərbaycan ədəbiyyatı tarixi materialları», Abdulla Sur «Füzuliyə bir nəzər» («Füyuzat», 1907, ¹ 30-31) əsərlərində M.Füzuli irsini yüksək dəyərləndirmişlər.
    Azərbaycan füzulişünaslığını təkamül istiqamətinə, tarixi və nəzəri-estetik xarakterinə görə üç mərhələyə bölmək olar: 1) Füzulişünaslığın təşəkkül mərhələsi; 2) Tarixilik mərhələsi; 3) M.Füzuli irsinin nəzəri-poetik dərk mərhələsi.
    Təşəkkül mərhələsi M.Füzulinin kendinden, hələ şairin sağlığında yazılmış təzkirələrdən tutmuş XX əsrin 40-cı illərinə qədərki möhtəşəm bir dövrü əhatə edir. Bu mərhələ üç dövrə bölünür: füzulişünaslığın mənşəyi, təşəkkül ərəfəsi və təşşəkülü.
    1937-ci ildə ən yaxşı alimlərin, cümlədən B.Çobanzadə, S.Mümtaz, Ə.Abid və s. kimi füzulişünasların repressiya kurbanı olması ilə bu elm də müəyyən mərzələ kimi yarım kaldı. Füzulişünaslığın tarihilik mərhələsi dahi şairin vefatının 400 illiyinin bütün dünyada qeyd olunması tarihinden başlanıb, zaman etibarı ilə 1958-1968-cı illəri əhatə edir. Bu dövrdə M.Füzuli haqqında sovet ideologiyasının təsiri (sosrealizm-marksizm metodologiyası) ilə yazılmış fundamental tədqiqatlar çap olundu: Həmid Araslı «Böyük Azərbaycan şairi Füzuli» (1958), Məmməd Cəfər «Füzuli düşünür» (1959), Mirzağa Quluzadə «Füzuli lirikası» (1965), Fuad Qasımzadə «Qəm karvanı, yaxud zülmətdə nur» (1968).
    Azərbaycanda 70-ci illərdə M.Füzuliyə münasibət nisbətən səngidi, bir sıra məqalələr və 1977-ci ildə Ayaz Vəfalının «Füzuli öyrədir» monoqrafiyası çap olunur. Azərbaycan füzulişünaslığının üçüncü – Füzuli irsini nəzəri-tarixi dərk mərhələsi, zaman etibarı ilə, 1986-1996-cı illəri əhatə edib XX əsrlə birlikdə tamamlanır. Bu, dahi şairin anadan olmasının 500 illiyinin YUNESKO xətti ilə bütün dünyada keçirildiyi tədbirlər dövrünü əhatə edir. Bu nəzəri mərhələ böyük yazıçı və alim Mir Cəlalın Paşayevin 1940, 1958 və 1994,2007-ci illərdə dörd dəfə çap olunmuş «Füzuli sənətkarlığı» kitabından başlanır. Bu, ümumiyyətlə, füzulişünaslıqda M.Füzuli sanatının poetikası haqqında ilk fundamental əsərdir. Vəcihə Feyzullayevanın «Füzulinin qəsidələri», Sabir Əliyevin «Füzulinin poetikası», Lalə Əlizadənin «Füzulinin gizli sözü», Gülşən Kəngərlinin «Füzuli sehri», Nizaməddin Mustafanın «Füzulinin poetik semantikası», Teymur Kərimlinin «Görünməyən Füzuli», Musa Adilovun «Füzulinin dili və poetik üslubu», Tofiq Hacıyevin «Füzulinin dil sənətkarlığı» bu mərhələnin tarixi və nəzəri-estetik xüsusiyyətlərini müəyyən edən tədqiqat əsərləridir.
    Füzulişünaslıq müstəqil nəzəri-estetik prinsiplərə, özünəməxsus metodologiyaya malik elm kimi XXI əsrdə – III minilliyin başlanğıcında da yeni nəzəri üfüqlər fəth etməkdədir. Azərbaycan füzulişünaslığının Türkiyə füzulişünaslığına münasibəti bir mənalı olmamışdır. Tanınmış füzülişunas M.Quluzadə Türkiyə füzuliüşunaslarını yüksək qiymətləndirərək onlardan bəzilərinin əsərlərini də dəyərləndirmişdi. İsmayıl Həbibin «Türk təcəddüd ədəbiyyatı» (1921) əsərini təhlil edən M.Quluzadə onun Füzulinin «Bağdad köşkü qədər dərin bir abidə», «Leyli və Məcnun»u, «Qədim ədəbiyyatın ən yüksək şah əsəri» adlandırmasını təsdiq edir. Lakin Füzulinin eşqini ilahi eşq kimi izah etməsi ilə razılaşmır. Əksinə, A.Kölpinarlının «Füzuli divanı»na (İstanbul, 1948) yazdığı müqəddiməni ona görə həvəslə təqdir edir ki, ona görə, şairdə vəhdəti-vücuddan heç bir əlamət yoxdur. A.Kölpınarlının mülahizələri eşq kimi ilahi bir anlayışı zorla göydən yerə endirib adiləşdirən materialist təfəkkürlü sovet alimlərini təmin edirdi. A.Kölpınarlı «Füzuli Divan»nın 9-cu səhifəsində yazırdı: «Şerdə əsas, istədiyi qədər idealizm olsun, şair istədiyi qədər idealist bulunsun, yaşadığı cəmiyyətdən ayrıla bilməz, insanlığından, insanlıq duyğularından və insanlığın ehtiraslarından qurtulmaz». Biz isə belə hesab edirik ki, Füzuli eşqini – ilahi eşqin gücü adi, yer adamını göylərə qaldıra bilməsində, haqqın dərgahına qovuşdura bilməsindədir.
    «KöprülüFüzuli haqqındakı görüşləri burcua elminin əsas zəif cəhətlərini: formalizmini, mühafizəkarlığını əks etdirir» (s. 68) deyə əslində sovet ideologiyasının basqısı altında bu dünya şöhrətli türkçünün, təsəvvüfşünasın fikirlərini inkar edən M.Quluzadə özü məsələyə formal yanaşırdı. M.F.Köprülü «Leyli və Məcnun»u təhlil edib yazırdı ki, Füzuli «fədakar, ilahi bir eşqi, eşqi-mütləqi, eşqi-əflatunini tərənnüm etmişdir» . M.Quluzadə bir sıra görüşlərini tənqid etsə də, Ə.Karahanın «Füzuli: mühiti, həyatı və şəxsiyyəti» (İstanbul. 1949) monoqrafiyasını «Füzuli haqqında ilk böyük və qiymətli elmi əsər» (s.71) kimi yüksək dəyərləndirir. Bununla belə, M.Quluzadə Ə.Karahanın bəzi fikirləri ilə razılaşmır. Türk alimi belə qənaətə gəlir ki, güya Azərbaycan ədəbiyyatı yalnız XVI əsrdə «müstəqil bir həyata qovuşmuşdur». M.Quluzadə Ə.Karahanı M.Füzulinin həyat və yaradıcılığını «Öz doğma ədəbi zəminindən təcrid etməkdə» günahlandırır. İkincisi, Füzulinin eşqi məsələsidir. Ə.Karahan bu eşqi «Cinsi duyğu», «Cinsi həyəcanlar» kimi izah edir. M.Quluzadə buna «bioqrafik metodun əsarəti» kimi yanaşaraq Füzulinin eşqini «dərin ictimai məzmuna malik eşq» hesab edir. M.Quluzadənin razılaşmadığı cəhətlərdən üçüncüsü də budur ki, «O, (Ə.Karahan – G.Ə) Məcnunun məhəbbətini səciyyələndirərkən əsəri bütöv halda almır və onun tam bir bədii abidə kimi təhlili ilə məşğul olmayıb poemanın sonundan gətirdiyi ayrı-ayrı mistik parçalardan çıxardığı nəticəni ümumiləşdirir» (s.77). Deməli, Ə.Karahan «Leyli və Məcnun»da Füzulinin eşqini sufi-mistik bir eşq olduğunu iddia edirdi. M.Quluzadəyə görə, müəllifin M.Füzulinin şəxsiyyəti ilə bağlı mülahizələri də xeyli ziddiyətli idi.
    M.Quluzadənin diqqət yetirdiyi Türkiyə tədqiqatları içərisində Həsibə Mazıoğlunun «Füzuli-Hafiz» (Ankara 1956) monoqrafiyası da önəmli yer tutur. Hələ M.Quluzadəyə qədər bu əsərdən bəhs edən azərbaycanlı müəlliflər, xüsusilə Füzulinin məhəbbəti məsələsində H.Mazıoğluya müxtəlif münasibət bəsləmişlər: H.Araslı onu Füzuli eşqini real, həyati eşq hesab etdiyinə görə təqdir etmiş , Əli Hüseynzadə isə əksinə, onu Füzulidə vəhdəti vücudu inkar etdiyinə görə tənqid etmişdir . H.Mazıoğlunun monoqrafiyasında M.Quluzadəni razı salmayan budur ki: 1. Müəllif M.Füzulinin türkcə divanının tədqiq etmiş və Hafiz divanı ilə müqayisələr aparmışdır, halbuki, Füzulinin farsca divanını götürmək məqsədəuyğun olardı; 2. Monoqrafiyanın Füzuli divanının təhlilinə həsr olunmuş I fəslində Füzuliyə aid olması şübhə doğuran qəzəl və rübailər təhlilə cəlb olunur.
    Türkiyə Füzülişünaslığı dünya füzülişünaslığını Ən güclü istiqamətlərindən biridir. XIX –XX yüzilliklərin təzqirələrindən tutmuş M. F. Köprülüyə, İ. Hikmətə, A. Karahana, A. Gölpinarlıya, H. Mazıoğluna və s. Qədər bütün türk alimləri M. Füzulini ümumtürk ədəbi- tarixi məcrasında araşdırmışlar.
    Türkiyə füzulişünasları Füzulidə sosiologiya axtarmamış, şairin poetik möcüzəsini açmaq sənətinin sehrini duymaq, türkün qüdrətli ruhunu aramaq istiqamətində tədqiqat aparmışlar. Füzuli hər üç dildə – ərəbcə , farsca və türkcə yazdığı bütün əsərlərində hər şeydən öncə əzəmi bir türk, türkcülüyün tərənnümcüsü idi. Türk ruhunun ölməzliyinə tükənməz inam Füzuli poeziyasını cövhərini təşkil edir. Türkiyə füzulişünaslığında Füzuli ilahi eşqi tərənnüm edən bir mütəsəvvüf, türk dünyasının filosofu, şərq poetik şerinin zirvəsini fəth etmiş dahi şair kimi tədqiq və təqdim olunur. Füzuli sənətinin əbədiyyətinə inam Türkiyə füzulişünaslığının elmi –nəzəri pafosunu müəyyən edir.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az