Həsənəli Eyvazov
09.07.2009. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Həsənəli Eyvazov, Naxçıvan Müəllimlər İnstitutuBöyük tərbiyəedici gücə malik olan dram əsərləri xalq həyatını, məişətini, zamanın eybəcərliklərini əks etdirmək baxımından xüsusi imkanlara malikdir. Bu dram əsərləri içərisində ədəbi şəxsiyyətlərlə bağlı yazılan tarixi dramların özünəməxsus yeri var. XIX-XX əsrlər ədəbiyyatında dramaturgiyanın özünəxas yeri vardır.Hər bir dram əsərində, canlı həyat hadisələrində obrazlar yaşayır. Bədii cəhətdən ümumiləşdirmə və tipikləşdirmə dramaturgiyada, teatrda ən mühüm nəzəri-ədəbi tələblərdir. Janrına görə tarixi dramların bədii ifadə, özünəxas sənətkarlıq xüsusiyyətləri vardır. Ümumiləşdirmə və tipikləşdirmə bu sahədə ən dramatik yer tutur. Tarixi dramların bədii ifadəsində hadisə və obrazların səhnəyə gətirilməsi prosesində hər iki növ ilkin şərtlərdəndir. Teatr canlı sənətdir, oradakı obrazlar da canlıdır. Ona görə də orada hər şey dəqiq və aydın olmalıdır. Obrazların danışıqlarında hər kəlmənin öz təsir üslubu görünməlidir. Mövzu seçmək, ədəbi qəhrəmanın tipik obrazını yaratmaq üçün yazıçının maraq dairəsi mühüm əhəmiyyət daşıyır. XX əsr Azərbaycan dramaturgiyası mövzu və ədəbi qəhrəman baxımından zəngindir. Ə.Sultanlının təbirilə desək: “XX əsr Azərbaycan ədəbiyyatında başqa ədəbi növlərə nisbətən dramaturgiya ən zəngin bir qol təşkil edir. Nə şeir, nə də nəsr dramaturgiya qədər çiçəklənə bilməmişdir. Miqdar etibarı ilə bu zaman təxminən 200-dən artıq pyes yazıldığı bizə məlumdur”. (1, səh.194). Hər bir dram əsərində mövzu seçimi, surətlərin tipikləşdirilməsi və ümumiləşdirilməsi müəllifin qarşısında vacib məsələ kimi durur: “İdeyalılıq və bədiilik, ümumiləşdirmə və tipikləşdirmə tələbləri vahid ədəbi-tənqidi sistemin sənətkarlıq tələblərini müəyyənləşdirən kateqoriyalar nəzərindən izah edilərkən ədəbiyyatın metodoloji inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır”. (5,səh.126). Müəllif mözunu seçərkən hadisənin aktuallığını, həll edəcəyi problemin mahiyyətini, hadisələrin inkişaf tərzini və nəhayət surətlərin hər birinin tarixi mövqeyini müəyyənləşdirir. Seçilmiş mövzuda bədii obraz tipik və ümumiləşmiş formada təqdim olunur. Tipiklik- dedikdə xarakterik xüsusiyyətlərin yalnız obrazın özünə məxsus olması nəzərdə tutulur. Hər surət fərdi qaydada bir tipdir. Mövzu seçimində də müəllif ilk növbədə tipik obrazları, onların əsərdəki mövqeyini, xarakterik xüsusiyyətlərini, hər birinin hərəkət qaydalarını, dialoqlardakı danışıq tərzini surətinkiləşdirir. Xəyyam (“Xəyyam”), Nizami (“Nizami”), Nəsimi (“Karvan gedir”), Molla Nəsrəddin də (“Molla Nəsrəddin Bakıda”), ayrı –ayrılıqda, tipik obrazlardır. Lakin hər bir tipik obraz daşıdığı ideya ilə ümumiləşmiş obraza çevrilir. Xəyyam şairdir, alimdir, sevən aşiqdir. Yəni tipik bir obrazdır. Sevdaya olan sevgisi, yarının cənazəsi başında: Qalx, oyan!.. Ah, niyə susdun gözəlim!? Həp təbiət, bəşəriyyət zalim… Söylə, kimdən diləyim mən imdad?.. Həp təbiət, bəşəriyyət cəllad!... (3, səh.289) -deyərkən ümümiləşmiş “haqq aşiqi” olur, Leyli-Məcnun sevgisini yada salır. Alp Arslanla üz-üzə durarkən (Yusifi qurtarmaq üçün) haqq-ədalət carçısına çevrilir və haqsızlığa, zalimliyə qarşı üsyankar səsi ilə ümumiləşmiş obraza səviyyəsinə yüksəlir. Burada o, saraya nifrət edərək obasından didərgin düşən Xaqani ilə, xalqına bağlı olan, haqsızlığa qarşı çıxan Nizami ilə, “Ənəlhəqq” deyərək haqq səsini aləmə çatdırmaq istəyən Nəsimi ilə və zamanın gərdişinə mərdanə sinə gərən, ədalətsizliyə qarşı çıxan Füzuli ilə yan-yana durur. Həm də ideya yaxınlığı onların hər birini ümumiləşmiş obraza çevirir. ədəbi obrazların hər birində vətən sevgisi, zalımlara nifrət, haqsızlığa üsyan, cəhalətpərəstliyə qarşı mübarizə ruhu qabarıqdır. Əsərlərdəki obrazların hər birinin- kiçik və ya böyük, yaxud aparıcı və ya epizodik olmasından asılı olmayaraq, xarakterik xüsusiyyətləri vardır. Müəllif, hər bir obrazın daxili aləmini, məram və məqsədlərini üzə çıxarmağa çalışır. Əsərlərdəki dialoqlarda surətlərin fərdi xüsusiyyətləri daha qabarıq nəzərə çarpır. Məsələn, Zahidin (“Fəryad”): Mənəm din xadimi, qarışma, Loğman, Budur, hökmdar da susur bayaqdan. Dinin fitvasına qarışmaq olmaz. (4, səh. 194) - dediyi fikirlər “Xəyyam”da -Müftinin, “Karvan gedir”də – Şeyx Abdullanın, “Vaqif”də –Şeyx Alının və b. fikirləri ilə səsləşir. Zahid “Karvan gedir” pyesində tipik bir obrazdır. İşi, əməli və xarakteri ilə müxtəlif zamanların şeyxləri, ülamələri ilə birləşdikdə ümumiləşmiş tipik surətə çevrilir. “Karvan gedir” (Atif Zeynallı) pyesi bir pərdəli, iki şəkilli kiçik həcmli əsər olsa da, buradakı hadisələr oxucunu Füzuli dövrünün dərin mahiyyət daşıyan bir epizodu ilə tanış edir. Füzuli keşməkeşli, cəmiyyətin təlatümlər keçirdiyi bir dövrdə yaşamışdır. Elə bir zamanda ki, ya hakim təbəqənin gücü qarşısında məddahlıq yolunu seçməli, ya da fitri istedadı və xalqa bağlılığı ilə sənətin yüksək məqamına çatmalıdır. Füzuli də sağlam şüurun aydınlatdığı işıqlı yolla sənətin zirvəsinə doğru gedir. Füzuli sevən bir aşiqdir. Eşqinin qaynağı, mayası kədərdir. Dərdini içində çəkən şairin kədərinin mayasında eşq, arzusunda vüsal durur. Atif Zeynallının Füzulisi ilə şair Füzulinin arasında bir kədər doğmalığı, yaxınlığı var. Bu kədər sevgilisi Züleyxanın həsrətindən doğan kədərdi: “Nə yanar kimsə mənə atəşi dildən özgə, Nə açar kimsə qapım, badi-səbadan qeyri” - ( 6,səh.79) Züleyxanın əlindən alınacağını görən Füzuli, onu öz vətəninə yola salır. Sanki ruhunun da bədənini tərk etdiyini hiss edən şair karvanın arxasınca baxaraq, ürək yanğısı ilə yaşadığı cəmiyyətin haqsızlığına qarşı üsyan edir. Lakin bu üsyan onun daxilindədir, cəmiyyətdə hiss olunmur. Sevgilisinin həsrəti ilə qəlbinin yanğısını yazdığı qəzəllərlə soyutmağa çalışan şair aləmi heyrətə gətirir. Lakin aləm onun şeirlərinə, qəzəllərinə heyrandır, qəlbinin atəşini duyan yoxdur: Halimə heyran ikən aləm, özüm heyrətdəyəm, Kim, mənim halimə heyrandır bəşər, bilməm, neçin. (6, səh. 102) -deyən şair , aləmin ona olan heyrətinə heyrət edir. Burada, Füzuli ümumiləşmiş aşiq obrazına çevrilir, özünün yaratdığı Məcnunla qaynayıb-qovuşur. Haqqında bəhs etdiyimiz bu əsərlərdəki tipik surətlər ayrı-ayrılıqda düşdükləri vəziyyətlərə görə hadisələrin dramatik inkişafında mühüm rol oynayır. Bu surətlər ümumiləşmiş xarakterlər kimi süjet xəttinin mərkəzində dayanır. “Məhsəti”də Tərgülün, “Nizamidə”də Afaqın, “Karvan gedir”də Züleyxanın oxşar taleləri müxtəlif dövrlərdə alqı-satqı əmtəəsinə çevrilən minlərlə qızların taleləri ilə eynidir. “Sabir” (Hacıbaba Nəzərli) dramında nadanlığın, dini cəhalətin qurbanı olan yüzlərlə, minlərlə qızlardan biri olan Qumrunu Sabir bir qardaş olaraq qoruya bilmir, onun zorla ərə verilməsinə mane ola bilmir: “Get, bacım, get! Yalvarıram sənə, mənə nifrin etmə, mən müqəssir deyiləm. Mən səni bu canavarların pəncəsindən qurtarmaq üçün gücsüzəm. Unutma ki, qardaşının bu darısqal, qaranlıq evinin qapısı sənin üzünə həmişə açıqdır” (7,səh. 259). –deyən Sabirin iztirabları yüzlərlə sabirlərin iztirabları ilə eynidir. “Vaqif” (S.Vurğun) və “Xurşidbanu Natəvan”da (İ.Əfəndiyev) hadisələrə yanaşma tərzi başqadır. Tədqiqata cəlb edilən digər əsərlərdə hakim təbəqə ilə arada müəyyən hədd görünürsə, sərhəd varsa və bir çox hallarda da ziddiyyətlər mövcuddursa, yuxarıda adını çəkdiyimiz əsərlərdə Vaqif də Xurşidbanu Natəvan da bu təbəqənin içindədirlər və onlar da hakim təbəqənin nümayəndələridir. Vaqif XVIII əsr müstəqil xanlıq dövrünün tipik vəziri olduğu halda, Xurşidbanu çarizmin nəzarəit etdiyi, əsasən buyruq quluna çevirdiyi xanlığın “hökmdarıdır”, “xanıdır”. Vaqif xalq arasından çıxmış, xalqa qarşı münasibəti yaxın olan şair və tipik vəzir obrazıdırsa, Xurşidbanu saray mühitində ərsəyə gəlmiş, lakin şairlik duyğuları ilə “doğma mühitindən” seçilən, daxilən uzaq düşən bir obrazdır. Vaqifə təsir edən qüvvə İbrahim xandırsa, Xurşidbanuya təsir edən qüvvə – canişin Vorontsovdur. İstər S.Vurvun, istərsə də İ.Əfəndiyev Vaqif və Xurşidbanunu ideal və tipik obraz kimi təqdim etmişlər. Sanki biz burada XII əsrdə Nizami Gəncəvinin əsərlərində qələmə aldığı və arzuladığı adil hökmdar və vəzir surəti ilə qarşılaşırıq. Hər iki obrazda ümumiləşdirmə və tipikləşdirmə dövrün ictimai-siyasi ziddiyyətləri daxilindədir. “Vaqif” (S.Vurğun) pyesindəki Vaqif tarixi şəxsiyyət olmaqla bərabər saray ədalətsizliyinə qarşı mübarizə aparan ədəbi şəxsiyyətlərimizin ümumiləşmiş bədii obrazıdır. Pyesdə dramatik konflikt iki süjet xətti üzrə davam etdirilir: “ Belə ki, pyesin əvvəlində əsas dramatik ziddiyyət Vaqif və Eldarla İbrahim xanın arasında qurulur, hadisələrin sonrakı gedişində isə konfliktin mənfi cəbhəni ifadə edən qütbündə İbrahim xanı Qacar əvəz etmiş olur” (4, səh.279). “Xurşidbanu Natəvan”da da eyni dramatik vəziyyət təkrar olunur. Süjet xəttinin birinci mərhələsində: Vorontsovun Xasay bəy vasitəsilə arzularını həyata keçirmək üçün Xurşidbanuya təsiri və müsbət nəticənin alınması; İkinci mərhələdə: Xurşidbanu Natəvanın zadəgan sinfindən imtina edərək kasıb xalq nümayəndəsi Seyid Hüseynə ərə getməsi ilə başlayan konflikt və acı nəticəsi. Hər iki əsərdəki surətlər tipik xüsusiyyətləri ilə bir-birindən seçilir. Müəllif riyakarlıqdan uzaq olan Seyid Hüseyn, Daşdəmir, Bəyim, Təhminə kimi surətlərə qarşı, Hidayət xan, Zahir bəy, Fərəc bəy kimi zalım, riyakar, ikiüzlüləri qoyur. Bütün obrazlar fərdi xüsusiyyətləri ilə süjet xəttində özünəməxsus cəhətlərət malikdirlər. Axundzadə ədəbi məktəbi Ə.Haqverdiyev, S.Məmmədquluzadə, M.Ə.Sabir, S.S.Axundov və Ə.Qəmküsar kimi qələm sahiblərinin yetişməsində müstəsna rol oynamışdır. Elə buna görədir ki, onların hər birinin yaradıcılığında M.F.Axundzadə əsərlərinin ruhu duyulur, dilinin yaxınlığı görünür. “Xəyalat” (Ə.Haqverdiyev), “Molla Nəsrəddin Bakıda” (S.S.Axundov) əsərləri də ideya baxımından bir-birinə çox yaxındır və buradakı obrazlar tarixi şəxsiyyətlərdir. Ə.Haqverdiyev “Xəyalat”da Axundzadəni əsərlərində yaratdığı surətlərlə – Hətəmxan ağa, Hacı Qara, Dərviş Məstəli şah və Molla İbrahim Xəlillə qarşılaşdırırsa, S.S.Axundov “Molla Nəsrəddin Bakıda” pyesində Molla Nəsrəddini (C.Məmmədquluzadəni) köhnə dostları Pinəçi Qafar, Mirzə Fərəc, keçmişdə “Molla Nəsrəddin” jurnalında tənqid etdiyi “dostları” Ağa Saleh, Vəli bəy və Ağa Şirəli ilə görüşdürür. “Xəyalat”dakı surətlər Axundova xahiş edirlər, eyni zamanda hərbə-qadağa gəlirlər. “Molla Nəsrəddin Bakıda” pyesində isə onları “rüsvayi cahan” edən Molla Nəsrəddini öldürməyə belə cəhd edirlər: Surətlərin biri xəsisliyin simvoluna çevrilmiş Hacı Qaradırsa, digəri məsxərəyə qoyulmasını Mirzə Fətəliyə bağışlamaq istəməyən Hətəmxan ağadır. Digəri yalançı kimyagər Molla İrahimxəlildir. Hər biri özünəməxsus formada tipikləşmiş surətdir. Müəllif ədəbi priyomla XIX əsrin 50-ci llərinin hadisələrini yeni dövrə daşımaqla hacı qaraların, hətəmxan ağaların, molla ibrahimxəlillərin cəmiyyətdə yeni formada təzahür etdikləri ideyasın irəli sürmüşdür. Molla Nəsrəddinin dostları ilə görüşü isə yeni dövrün, yeni ictimi quruluşuna – bolşevik hakimiyyəti dövrünə təsadüf edir. Ağa Saleh də. Ağa Şirəli də, Vəli bəy də uzun illər xalqa zülm edən zümrənin nümayəndələridir. Yeni cəmiyyət onların əlindən hər şeylərini alıb. Biri halva satandır, biri jirni kaştan, digəri qovurma satan olub. Onların hər biri bu günə düşmələrində Molla Nəsrəddini günahkar bilir. Müəllif də zamanında ağalıq taxtında oturan bu insanlara geriyə baxmağı deyil, gələcəyə baxmağı tövsiyə edir. Pinəçi Qafar, Mirzə Fərəc kimi yeni cəmiyyətin “dilini” öyrənməyi məsləhət bilir. Müəllif Molla Nəsrəddinə yeni quruluşun “udostovereniya”sını verməklə, “Molla nəsrəddin”in və Mollanəsrəddinçilərin bütün zamanlar üçün gərəkli olduğu ideyanı önə çəkir. “Sabir” (H.Nəzərli), və “Qəmküsar” (M.Tarverdiyev) əsərlərində Sabirlə Qəmküsarı əqidə birliyi yaxındırsa da, bədii əsərlərdəki yanaşma möqeyi müxtəlifdir. H.Nəzərli müəllimi olan Sabir həyatının Şamaxı dövrünü əks etdirmiş, lakin onu obraz kimi dolğun şəkildə yüksəldə bilməmişdir. Həyatın mənasını dərindən anlayan Sabir pyesdə döyənə və söyənə cavab verə bilməyən məzlum insan təəssüratı bağışlayır. Abbas Səhhətdən və Dəli Teymurdan başqa onu eşidən, dinləyən, duyan yoxdur. Hətta Bacısı Qumru zorla istəmədiyi adama ərə verilərkən belə kimsə onu saya salmır. Ağlayaraq bacısından onu əfv etməsini xahiş edir. Akademik İsa Həbibbəyli M.Ə.Sabiri dövrünün açıqfikirli və cəsarətli şəxsiyyəti kimi xarakterizə edərək yazır: “1905-ci il inqilabının yaratdığı demokratik ab-hava, M.Ə.Sabirin də Vətən və millət haqqında, Milli oyanış və tərəqqi barəsində dərindən düşünüb-daşınmasına, təsirli satirik şeirlər yazmasına normal şərait yaratmışdır. Özünün də bəyan etdiyi kimi, o heç vaxt, hətta ən çətin məqamlarda belə mənsub olduğu xalqa haqq sözü deməkdən çəkinməmişdir” (2,s.114) Yaxud, əsər boyu Sabirin Mollanəsrəddinçilərlə yaxın münasibəti hiss olunmur. Müəllifin arzusu tamam başqa olsa da, fikirləşdiyini pyesdə əks etdirə bilməmişdir. Əksinə, Hacı Mahmud, Molla Nəcəfəli, hətta Xırdaxanım və Kərbəlayi Ceyran kimi surətlər daha aktivdir. Bu surətlər insanları zaman-zaman cəhalət girdabına sürükləyən insanların tipik surətləri səviyyəsinə yüksələ bildiyi halda, müəllif Sabirin mübarizliyini geniş mənada verə bilməmişdir. Ümumilikdə haqqında bəhs edilən dram əsərlərində dramatik konfliktlərin və ictimai-siyasi hadisələrin inkişafı zəminində tipikləşdirmə və ümumiləşdirmə məsələləri diqqətəlayiq keyfiyyətlərdəndir Ədəbiyyat: 1. Əli Sultanlı. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı: Azərnəşr, 1964. 2. İsa Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik.Bakı: Nurlan, 2007. 3. Hüseyn Cavid. III cild. Səh.289) 4. Bəxtiyar Vahabzadə. “Səməd Vurğun”. Bakı: Gənclik, 1984. 5. Əzimli Tahir Əbülfəz. Yeni dövr tənqidi və tənqid. Bakı: Elm, 2001 6. Füzuli, Seçilmiş Əsərləri. Bakı: Maarif, 1983. 7. Hacıbaba Nəzərli, Seçilmiş əsərləri, Azərbaycan dövlət nəşriyyatı, Bakı, 1963. Summary Theme choice on literary persons in historical dramas: generalization and typification H.Eyvazov Theme choice on historical dramas written about literary persons generalization and typification matter casts on the article are investigated. According to period and time the literary generalization of literary persons are given and stand as an important matter in front of authors. Резюме Выбор темы в исторических драмах о литературных личностях: обобщение и типизация Г.Эйвазов В статье разбираются вопросы выбора темы, обобщение и типизация образов в исторических драмах, написанных о литературных личностях. Дается литературное обобщение литературных личностей по времени и эпохе. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı