Firudin Qurbansoy12.05.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Firudin Qurbansoy
Bir sıra qədim xalqlar kimi, türklər də uzaq keçmişlərdə bütpərəst olmuşlar. Zamanı minilliklərə gedib çıxan "Köç" dastanında türk hökmdarı ilə Çin şahzadəsinin izdivacına
görə xalqın müqəddəs saydığı qayanın başlıq əvəzinə verilməsi təsvir olunur. Müqəddəs qayanı söküb aparandan sonra türk xalqı gücünü itirir və köçkünlük həyatına düşür.
Təbiət ünsürlərini ilahiləşdirib onlara tapınmaq ən qədim inanclardandır. Bu inamın əsasında, bütün Hind-Avropa xalqlarının tapındığı bir fikir durur ki, guya ilahələr dağlarda
yaşayır. Buna görə də dağlarda məbədgahlar tikmək ənənəsi yaranmışdı.
Azərbaycanda bu inam indi də yaşamaqdadır. Quzey Azərbaycanda Baba dağına, Güneydə isə Savalana bu gün də ziyarətə gedən zəvvarlara rast gəlinir. İnsan, heyvan və ya göy cisimləri şəklində daşdan və ya taxtadan düzəldilən bütlərə "PESEL" deyirdilər. İnsanlar öz günahları ilə, ipə-sapa yatmayan nəfslərinə qul olmaları ilə Allahın rahat, nizamlı yolundan çıxdılar, ondan üz döndərdilər, məbudlarını ətrafda axtarıb tapmağa başladılar. Allahın yaratdığı hər şey gözəldir. Birinci nəyin gözəlliyini gördülərsə, onu da Allah qərar verib deyə, surətini çəkdilər, oxşarını yapdılar, pərəstişə başladılar. Qorxduqlarına əyildilər. Vəhşi heyvanları və vəhşi təbiətli güclü insanları da bütləşdirdilər. Qarşısında təvaf etdilər, qurban kəsdilər, baş endirib diz çökdülər, səcdəyə durdular. Bütlərin qədim zamanlardan bəri mövcud olması, ancaq təkallahlı dinlər tərəfindən rədd edilməsi, küfr sayılması özünü "Bibliya"da bu məfhumu bildirən "elilim" sözündə aydın büruzə verir. Sözün mənası "mövcud olmayan, dəyərsiz əşya" deməkdir. "Bibliya"nın "Əhdi-Ətiq" bölümündə bütlərə xoşagəlməz adların verilməsilə tez-tez rastlaşırıq. Şikkuts - "donmuş" sözü "İermiya"nın kitabı 7-ci surə, 30-cu ayədə işlənmişdir. "İsanya"nın kitabı 44-cü surə, 19-cu ayədə isə "Tozba" sözü bütləri mənalandırır, əsil açıqlanması "murdarlıq"dır. "Əhdi Ətiq"də bütlərlə bağlı çoxlu işarələr mühafizə olunmuşdu. "Qızıl buğa" bütünə yəhudilər sevərəkdən səcdə edirdi. "Qızıl buğa"nı ilk dəfə büt kimi Harun, qardaşı Musa (Ə.S.) Tur-Sinadan enənə qədər yəhudilərin təkidilə düzəltmişdi. O, taxtadan düzəltdiyi buğa başını qızıl təbəqəsilə örtərək yəhudilərə təqdim etmişdi. Qüds məbədində İlan şəklində olan bütə VIII əsrə qədər qurbanlar kəsilirdi (II sar, 18,4). Allahı unudandan, Tövhidi yaddan çıxarandan sonra nəyə desən əyilib səcdə etmək mümkündür. Nə qədər gülməli olsa da, tarixi faktdır ki, yəhudilər uzun zaman səhrada susuz dolandıqdan sonra uzunqulaq sürüsünə rast gəlmiş və onun arxası ilə gələrək, su tapmışlar. Buna görə də, yəhudilər uzunqulağa xilaskar ilahə kimi büt düzəltmiş, üstünü qızıl təbəqə ilə örtmüş, məbəddə müqəddəs yerdə saxlamış və ona sitayiş etmişlər. Bu ibadətə "asiparin" (uzunqulağa etiqad edənlər) deyilir. Arxeoloqlar Qədim Misir, Finikiya, Assiriya və Kiprdən çoxlu büt qazıb üzə çıxarmışlar. Onlar Fələstindən bu ideyanı götürmüş, öz bütlərini də oradakı nümunələrə oxşatmışlar. İlkin bütün yaranması haqqında maraqlı mülahizələrə "Kitab əl-əsnam" əsərində rast gəlirik: "Adəm əleyhissəlam rəhmətə gedəndə nəvələri (Şis ibn Adəmin oğulları) onu Hind dağındakı bir mağarada dəfn etdi. Bu dağ Nauz adlanır və yer üzünün ən məhsuldar dağı sayılır. (Barahut isə ən qısır yerdir, orada heç nə bitmir... İmanlıların ruhu əl-Cəbiyyədə-Suriyada, bütpərəstlərin ruhu isə Barahutdadır). Şisin nəslindən olanlar mağaraya, Adəmin cəsədinə təzim etmək üçün gəlirdi, Allahdan babaları üçün məğfirət diləyirdi. Qəbilə üzvlərindən biri dedi: "Ey Qəbilə övladları! Şisin nəslindən olanlar üçün ətrafda təvaf etməyə nəsə var, sizdə isə heç nə yoxdur". Birinci bütü yonub onlara verdi... Ədalətli adamlardan Vədd, Suvaə, Yaqus, Yəuk və Nəsr bir ayda rəhmətə getdi. Qohumlar hüznə batdı, onda Qəbilənin nəslindən olan bir adam dedi: "İstəyirsizmi mən onlara müvafiq beş büt yaradım? Ancaq onların ruhu olmayacaq". "Hə"- deyib razılıq verdilər. Beş büt yaradıb onlar üçün qurdu. Qohumları gəlib hər bir bütün ətrafında səcdə və təvaf edərək getdilər. Yaradılan beş büt sonradan ərəblərin müxtəlif qəbilələri tərəfindən səcdə obyektinə çevrildi. Bütlərin çoxu şəxsi və ailə üçün düzəldilirdi. Böyük ölçülü olmurdu. Hərənin öz zövqünə uyğun, o dövrdə mövcud olan şablon obraza oxşadılırdı. Ən çox istifadə olunan bütlər ağacdan hazırlandıqdan sonra ya rənglənir, ya da qızıl təbəqə ilə örtülürdü. Nizami Gəncəvinin "İskəndərnamə" poemasında bir mıxla bərkidilən qızıl bütdən söz açılır. Qədim yunan dilindəki "eidolov" sözü büt mənasını bildirir və "yalançı ilah" kimi də tərcümə oluna bilər. Bir sıra dillərdə bu söz "idol" şəklində qalmışdır. Ürfani ədəbiyyatda "büt" məqsəd və tələb, həqiqi sevgili - eşq və vəhdət rəmzidir. Nəfs və zahiri aləmin simvoludur. Bütün nəfsi-əmmarə olduğunu da qeyd etmişlər. Hər kəsin bütü öz "həva və həvəsi, nəfsidir. Həqiqəti dərk etmək üçün Həzrəti İbrahimin bütü qırması kimi nəfs bütünü qırmaq lazımdır". Xristianların bağladığı zünnar "xalq tərəfindən təriflənmək arzusunu" rəmzləşdirir; büt vəhdətə işarədir. Zünnar xidmətə, büt vəhdətə bağlıdır. Bütpərəst-aşiq həqiqi tövhid əhli (Allahın birliyini qəbul edən) adam kimi sufilər tərəfindən qəbul edilir. Büt sevgili, yar, məşuq, mətlub (tələb olunan) mənalarını daşıyır. "Qurani-Kərim"də cahiliyyə dövrü ərəblərin tapındığı bütlərdən bir neçəsinin adı çəkilir. 53-cü "Nəcm" surəsinin 19-20-ci ayələrində oxuyuruq: "Əfərə əytimul - "Lətə" vəl - "Uzza". Və "Mənat"əs - salisətəl uxra". (Siz Lat və Üzzanı görmüsünüzmü? Mənnatı, o başqa üçüncü bütü?) Bütpərəstlər təkallahlıq tələbi ilə çıxış edən rəsulallaha və onun tərəfdarlarına təəccüblə 38-ci "Sad" surəsinin 5-ci ayəsi ilə cavab verirdi: "Əcə-ələl-alihətə ilahən. İnnə haza ləşəy-un ucab". (İlahları tək bir tanrımı edir? Bu, həqiqətən təəccüblü bir şeydir.) Bu bütlərdən birinci olaraq Mənat (tale ilahəsi idi) ləğv edilmişdi. İmam Əli onu sındırarkən əl-Haris ibn Şamir əl Həssani tərəfindən bütə bağışlanan "Mixzəm" və "Rəsub" adlı iki qılıncı da götürüb gətirir. "Zülfiqar" (tərcüməsi "Hər şeydən güclü") həmin qılınclardan biridir. İkinci sındırılan büt Lat (mənası "unu üyütmək") oldu. Əl-Muqir ibn Şuub peyğəmbərimizin (Ə.S.) əmrilə bu işi icra etdi. Üçüncü qırılan büt Üzzadır, onu Xalid ibn əl-Valid peyğəmbərin təkidi ilə sındırmışdı. "Qurani-Kərim"də bütlərin adının yer alması şairlərin cəsarətini artırmış və ondan bədii obraz kimi istifadə etməyə başlamışlar. Bütlərin bəzədilməsi, gözəl görünüşü qarşısında təzimlər onu gözəl sevgili surəti ilə eyniləşdirməyə imkan verirdi. Daşdan düzəldilmiş bütlər "səngdil" - "daşürək" deyimində, gözəl mənalanır. Elə bir divan ədəbiyyatı şairi yoxdur ki, "büt" obrazına müraciət etməmiş olsun. Məhəmməd Füzulinin həm türk, həm fars divanlarında büt maraqlı poetik fiqur kimi canlandırılır: Qansı bütdür, bilməzəm imanımı şarət qılan, Səndə iman yox ki, sən aldın deyim imanimi - beytində büt obrazı həm poetik, həm də okkultik anlamda doğru təqdim edilir. Bütlərə səcdə vaxtı məhəbbət, enerji seli yönəlir. Enerji həmin predmetdə toplanır, ondan ətrafa şüalanmır. Hər kəs bütə öz saf enerjisini fəda edir, ondan isə heç nə almır. Sevgi birtərəflidir. Qarşılıqlı sevgi bağları olmayan aşiqin məşuqu buna görə də bütə bənzədilir. Aşiq öz sevgilisini, doğrudan da, bütləşdirir, elə buna görə də özü sevilmir. Məhəmməd Füzuli başqa bir qəzəlində bu fikri bir az da qabardır: Sənəmlər səcdəsidir bizdə taət, tanrıçün, zahid, Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə... Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid, Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə. Ərəb dilində "büt" sözü yoxdur, hər bütün öz adı var, hazırlandığı materiala görə də adları müxtəlifdir. Əgər büt ağacdan, və ya qızıl, gümüşdən insan surətində düzəldilirsə, ona "sənəm", yox, əgər daşdandırsa, ona "vəsən" deyirdilər. "Bibliya"da, qədim yəhudilərin qızıl və gümüşdən hazırladıqları bütlərə "tselem" (təsvir) dediklərinə rast gəlirik. İnsana oxşadıldığı üçün bütlər belə adlanmışlar. Finikiyalıların "Semel" sözü və onun forması haqqında İezekiil peyğəmbərin kitabında açıqlama var. "Sənəm" sözü ən qədim zamanlardan ərəb dilinə keçənə qədər müxtəlif dillərdə müxtəlif cür səslənmişdi. Bütə səcdə yasaqdır, səcdə ancaq Allahadır. Allah külli-ixtiyar sahibidir, bütün qüvvə və imkan ancaq ondadır. Bütün heç özünü qorumağa belə gücü çatmır. Gücsüzlüyü ilə də büt gözəl qızı xatırladır. Bir yandan ona səcdə olunur, kömək dilənilir, bir yandan da gücsüzlüyü göz qabağındadır. Sevgi dərdlərinə əlac qılmaqdan ötrü diz çökülür, ondan rəhm istənilir. M.Füzuli böyük ustalıqla dediyi: Səcdədir hər yerdə bir büt görsəm ayinim mənim Xah kafir, xah mömin tut, budur dinim mənim - beytində "hər yerdə olan bütlər"dən danışmır, bir bütdən danışır ki, onu hər yerdə görsəm, səcdə edəcəyəm. "Görmək" sözü fiziki gözlərə yox, bəsirət gözünə, Allahın zahirinə yox, təzahürlərinə aiddir. Hər yerdə ola biləcək tək bir büt isə ancaq Allahdır. Məlumdur ki, qədim ərəblərin 350 bütündən birinin adı "Lah" idi, "Allah" sözü də onun adından yaranıb. Şairlər beləcə, "büt" deyərkən ilahi qüvvəni nəzərdə tutur, gizli, ürfani fikirlərinin tanınmaması, adi insanın başa düşməməsi üçün obrazı rəmz halına salırdılar. Məqamına uyğun olaraq "büt" sözü, onun sinonimləri həm ibadət olunan obyekti, həm də zahirən çox gözəl insanı bildirmişdi. Bunları biri-birindən fərqləndirmək, şairlərin hətta dinsizliyə yozula biləcək dolaşıq deyimlərinin içindən həqiqəti kəşf etmək əsl usta oxucu tərəfindən aşkara çıxarıla bilər. Şairin rəmzi hansı mənada işlətdiyi, xəlvəti hücrələrdə spiritik seanslar, okkultik təmrinlər zamanı dəqiqləşdirilir, hansısa mühüm bir sirri öyrənməyin illüstrasiyası kimi açıqlanırdı. Ədəbi material kimi filoloqlar tərəfindən şairin sənətkarlıq qüdrəti araşdırılan şerlərin həm də gizli elmi, informasiya daşıma funksiyası da var. Surətşünaslıq elmi öyrədir ki, insanın üzündə Allahın böyük sirləri gizlənmişdir. İki cüt kiprik, iki qaş və saç - yeddi rəqəmini, yeddi rəqəmi isə səyyarələri, rəngləri, metalları, turşuları, cəvahiratı..., ən əsası isə "Qurani-Kərim"in 7 ayədən ibarət olan birinci surəsini göstərir. Füzuli fars divanından götürdüyümüz beytində buna işarə edir (Büt üzlülərə səcdəni fəqih küfr sayır, ona müsəlman desəm də, müsəlmanlardan deyil). Fəqih ona görə müsəlman deyil ki, "beşikdən qəbrə qədər öyrənmək" tələbinə əməl etmir və bu adi həqiqəti görmür. Şair farsca rübailərinin birində yazır: Bütdən soruşdum ki, nə üçün dünyada səhər-axşam aşiqlərə etiraz etməyin adətdir? Dedi ki, bütlərin eşqinə rəğbət bəsləmək xətadır, Büt aşiqlərinin əzabı isə ibadətdir. "Bütlərin eşqinə rəğbət"i bütpərəstlik əlaməti kimi saymaq səhvdir. "Büt aşiqlərinin əzabı ibadətdir" fikri küfrü imandan ayırır. Yeganə aşiq olunan Allahdır, onun yolundakı əzablar isə əlbəttə ki, ibadətlə aradan qalxır. "Bütxanə" - Allah evi, məscid anlamında Füzuli şerində rast gəlinir: Girib bütxanəyə qılsan təkəllüm, can bulur, şəksiz, Müsəvvirlər nə surət kim, dəri-divarə yazmışlar. Kəbə evində divara və qapıya Quran ayələri yazılıb. Peyğəmbər əgər bütxanəyə də girib danışsa, bütün yazılar cana gələr, ən azı, o, Quran ayələri ilə danışır. Bütxanə - Adamların toplandığı yer, bütün yaradılışların vəhdəti, Lahuti aləm, zühura çıxmaq, maddi aləm, insanlar aləmi kimi anlamlarda təsəvvüfi ədəbiyyatda geniş istifadə olunmuşdur. Müsəlmanların ən vacib səcdəgahı olan Kəbeyi-mükərrəmə bir vaxtlar bütpərəstlərin müqəddəs saydıqları bütlərin toplandığı məkan idi. Məkkə fəth ediləndən sonra Kəbə üzərində namaza çağırışa birinci müəzzin Bilal (qara üzlü - keçmiş günahkar) səsləmişdi. Əttar bu hadisələrə işarə edərək yazırdı: "Ey müsəlmanlar, mən elə bir dinsizəm (atəşpərəstəm) ki, bütxana tikmişəm. Onun damına çıxıb bu dünyaya səs salmışam". Gəbr-cahil, dinsiz adam, tikdiyi bütxana - (biyaban, səhra, savadsızlıq) insanların bir yerə toplaşıb dinsiz söhbətlər apardığı yer mənalarındadır. Tikdiyi binanın damına çıxmaq, ondan üstün olmağa işarədir. Bütxanədən üstün olub bu dünyaya səs salmaq - İslamın qələbəsini rəmzləşdirməklə bərabər, həm də özündən yüksəyə qalxmaq, haqqa qovuşmaq yolu ilə gedib arif məqamına çatmaq deməkdir. Bütlə əlaqədar olaraq, şer dilinə bütkədə (bütün olduğu yer), Bütgər (bütqayıran), bütpərəst, büttiraş (bütyuyan) sözləri də gəlmişdir. Fars dilindən alınan bu sözlərin hamısı olmasa da, bəziləri rəmzi ürfan mənaları daşıyır. "Bütgər" və "büttiraş" sözləri təkcə büt yonub satmaqla məşğul olan adam anlamında deyil, həm də ilahi sirlərə vaqif şeyx mənasını daşıyır. Təsəvvüf əhli içərisində "bütkədə" - məbəd, bütxanə, dua edilən məqam, ilahi bilgilərə (mərifəti-ilahiyyə) sevgi duyan kamil arifin batini, könlü deməkdir. "Mey", "bəng", "büt", "fal" kimi ciddi yasaqları şerdə işlətməklə şairlər sənətkarlıq qüdrəti nümayiş etdirmiş, dini ədəbiyyatı gözəl bildiklərini göstərmişlər. Təsadüfi deyil ki, böyük bilik sahibləri olan divan ədəbiyyatı yaradıcıları, hər bir sözünü Quran ayələrilə, hədislərlə təsdiq edə biləcək qədər qüdrətə malik olduqları üçün ilk baxışdan dinsizlik kimi görünən cəsarətlər etmişlər. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı